Modern.az

Kəlbəcərliləri Milli Məclisdə təmsil etmək istəyən gənc hüquqşünas QEYDİYYATA ALINDI  

Kəlbəcərliləri Milli Məclisdə təmsil etmək istəyən gənc hüquqşünas QEYDİYYATA ALINDI  

7 Yanvar 2020, 16:20

“Əsas məsələ işğal altındakı torpaqlarımızın, eləcə də doğma Kəlbəcərin azad olunmasıdır. Kəlbəcərliləri Milli Məclisdə təmsil etmək niyyətimizin başında bu dayanır”.

 

Bunu Modern.az-a açıqlamasında 123 saylı Kəlbəcər seçki dairəsindən parlament seçkilərinə namizəd, vəkil Əziz Qənbər deyib. O, seçicilərin çoxsaylı müraciətləri ilə namizədliyini irəli sürdüyünü söyləyib.

“Seçicilərdən çoxsaylı müraciətlər oldu. Mənim Milli Məclisdə kəlbəcərliləri təmsil etməyimi elə kəlbəcərlilər istəyirlər. Mən namizədliyimi öz təşəbbüsümlə irəli sürmüşəm. Ziyalılarla fikir mübadiləsi aparıb, onların da dəstəyini qazandıqdan sonra bu qərra gəldim.

Hər bir işdə çətinlik var. Bu mübarizə də şübhəsiz ki, asan olmayacaq. Amma mən belə hesab edirəm ki, nəticə yaxşı olacaq.

Deputat seçilmək üçün ilk öncə xalqın, insanların arasında nüfuzun, hörmətin olmalıdır. Hələ bu fikrə düşməzdən əvvəl xalqın səsi olmaq lazımdır. Mən bu kriteriyanı əsas götürürəm. Əsas məsələ vəzifədə oturmaq deyil, xalqın səsi ola bilməkdir.  Parlament xalqa fikirlərini, ideyalarını ifadə edə bilmək, xalqa çatdıra bilmək üçün ən böyük tribunadır”.

125 deputat mandatı olduğunu xatırladan vəkil bildirib ki, hər bir halda deputat olmağı özünün dövlət, vətən üçün xidmətlərini ifadə etməyin vasitəsi kimi görür:

“Artıq seçkilər də insanların maraq dairəsindədir. Bələdiyyə seçkiləri o qədər də diqqət mərkəzində olmasa da, parlament seçkilərinə maraq yüksəkdir. Hesab edirəm ki, bu seçkilərdə insanlar aktiv iştirak edəcəklər”.

Qeyd edək ki, Qənbərov Əziz Həbib oğlu – 1982-ci ildə Kəlbəcər rayonunda ziyalı ailəsində anadan olub. 2004-cü ildə Naxçıvan Dövlət Univerisitetinin Hüquq Fakultəsini fərqlənmə diplomu ilə bitirib. 2005-2014-cü illər arasında Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamentində hüquqşünas və yoxlayıcı inispektor vəzifələrində çalışıb. 1-ci dərəcəli dövlət vergi müfəttişi xüsusi rütbəsinədək yüksəlib. O, 2014-cü ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Bu dairədən Kəlbəcərin icra başçısı Aqil Məmmədovun da namizədliyi qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır