Modern.az

Qara həsrət Bakı: Ən böyük problemi keyfiyyətsiz qida və tənbəllik olan şəhər...

Qara həsrət Bakı: Ən böyük problemi keyfiyyətsiz qida və tənbəllik olan şəhər...

8 Yanvar 2020, 12:19

Qış fəsli olmasına baxmayaraq, artıq anoloji olaraq 3 ildir ki, Bakı və əksər ətraf bölgələrə qar yağmır. Qar üzünə həsrət qalan paytaxt sakinləri də çarəni qarlı rayonlara üz tutmaqda görür. Bakı sakinləri az qala ərəblər kimi həstərdirlər qara…

 

Bəs, Bakıya qarın yağmaması qış turizminə, eləcə də insan orqanizminə necə təsir edir?

 

Modern.az xəbər verir ki, məsələyə münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli paytaxtda qarın yağmamasının qış turizminə ciddi təsir göstərmədiyini deyir:

 

“Qar yağsa da, yağmasa da, Bakıda qış turizmi ilə bağlı infrastruktur yoxdur. Bizdə qış turizmi daha çox iki bölgədə - Şahdağda və Qəbələdə inkişaf edib. Havanın qarlı olmasının o bölgələrə daha çox təsiri var. Qarın yağması həmin iki bölgədə turizmin inkişafına səbəb ola bilər. Bildiyim qədəri ilə, Şahdağda süni qarın yaradılması üçün infrastruktur da qurulub. Düzdür, bu daha baha başa gəlir və gəlirliliyi azaldır. Amma belə bir infrastrukturun qurulması ən azından hava şəraitindən asılı olmadan qış turizmi ilə bağlı müəyyən addımların atılmasına yardımçı olur”.

 

Azərbaycan əhalisinin ən böyük problemi:  keyfiyyətsiz qida və tənbəllik...

 

Məsələnin tibbi tərəflərindən danışan onkoloq alim Adil Qeybulla qışın normal  keçməməsinin insanların sağlamlığına ziyan vurduğunu bildirir:

 

“İqlim təlatümlərinin hamısı canlı orqanizmlərə, o cümlədən insanlara təsir edir. Ümumiyyətlə, iqlim necə dəyişibsə, Moskva kimi şəhərdə, demək olar ki, qar yoxdur. Əlbəttə, bütün bunlar insanların həyatında öz əksini göstərir. İnsan da bir növ kimi ətraf aləmə uyğunlaşır və dəyişir. O baxımdan belə havalarda insanlar geyim növünü seçə bilmirlər, immun sistemi getdikcə zəifləyir və bütün bunlar soyuqdəymə  və başqa xəstəliklərin artmasına şərait yaradır”.

 

Həkim dəyişən hava şəraitində insanları diqqətli olmağa çağırır:

 

“Özü də insanlar yeni şəraitdə kifayət qədər diqqətli olmalıdırlar. Bu gün Azərbaycan əhalisinin ən böyük problemi keyfiyyətsiz qida və tənbəllikdir. Sağlamlıq parametrlərini artırmaq üçün fiziki aktivliyin yüksəldilməsi və sağlam qidalanmaya diqqət etmək, meyvə-tərəvəzli qidaların daha çox qəbul olunmasına çalışmaq lazımdır. Fəstfudlardan, müxtəlif aşağı keyfiyyətli qidalardan uzaq durmaq lazımdır ki, ən azı immun sistemi iqlimin bu cür dəyişikliklərinə tab gətirə, uyğunlaşa bilsin”.

 

Əfsanə ŞƏRİF

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir