Modern.az

“İran əhalisi generalın ölümünə təbii olaraq üzülür, çünki…”

“İran əhalisi generalın ölümünə təbii olaraq üzülür, çünki…”

Aktual

8 Yanvar 2020, 12:45

“İranda ziyalı kəsim başa düşür ki, general Qasım Süleymaninin öldürülməsi sadəcə siyasi oyundur”.

 

Bu sözləri Modern.az-a İrandakı hazırkı vəziyyətdən danışarkən adının çəkilməsini istəməyən cənubi azərbaycanlı fəallardan biri deyib. O, qeyd edib ki, İran əhalisi generalın ölümünə təbii olaraq üzülür:

 

“Çünki İran özü həmin generalı böyütmüşdü, qüdrətini artırmışdı. Amma sonradan o İran hökumətinin özü üçün təhlükə ola bilərdi. Ona görə, belə bir siyasi oyun quruldu. Generalın öldürülməsiylə hakimiyyətə məşruiyət (legitimlik) qazandırdılar.

Bu hadisə ilə bir ay bundan əvvəlki iğtişaşları yatırtdılar. Generalın ölümü ilə insanların diqqətini yayındıra bildilər. Amerika prezidenti Donald Tramp isə bu addımla qarşıdakı prezident seçkilərində özünü qarantiyaya ala bildi”.

 

İranda yaşayan soydaşımız ABŞ tərəfindən öldürülən iranlı generalın dəfn məraisimi barədə də danışıb:

 

“Dünən Kirman şəhərində generalın toprağa tapşırılması zamanı 40 nəfərə yaxın adam ayaq altında qalıb, ölüb. Çox acınacaqlı haldır. Amerika 5 iranlını öldürüb, iranlılar özləri isə 40-a yaxın adamı ayaq altda qoyublar. Hələ ki, bundan savayı heç bir xəbər, etirazlar, ixtişaşlar yoxdur”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür