Modern.az

Azərbaycana gələn hindli turistlərin sayı artıb

Azərbaycana gələn hindli turistlərin sayı artıb

Aktual

8 Yanvar 2020, 17:39

2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycana səfər edən xarici vətəndaşların sayı 3.17 milyon nəfər olub.

 

Modern.az-ın məlumatına görə, bu barədə statistikanı Dövlət Turizm Agentliyi açıqlayıb. Agentlikdən bildirilib ki, hazırkı göstəricilər 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11.4% çoxdur:

 

“Əsasən Rusiya, Gürcüstan, İran, Türkiyə, eyni zamanda Asiya və Avropa ölkələrindən gələn turistlərin sayında artım müşahidə olunub.

Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı ötən ilin yanvar-dekabr aylarında 224 min nəfər olub. Bu isə 2018-ci ilin yanvar-dekabr dövrünə nisbətdə 14.7% artım deməkdir.

Avropa regionundan daha çox ziyarətçi Böyük Britaniya, Almaniya, İtaliya və Fransadan ölkəmizə gəlib”.

Turizm Agentliyi Cənubi Asiya ölkələrindən ən çox turistin Hindistandan və Pakistandan gəldiyini təsdiqləyib:

 

“65 min turist Hindistandan, 46 min turist isə Pakistandan ölkəmizə gəlib”.

 

Hər kəsin marağında olan ərəb turistlərin sayına gəlincə isə Agentliyin məlumatına görə, bu il ərəb turistlərin sayında 46.7% artım olub:

 

“Bununla yanaşı, Çindən ölkəmizə gələn turistlərin sayında isə 62.4% artım müşahidə olunub”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir