Modern.az

Sürüşmə zonasında son vəziyyət: “İnsan tələfatı ilə nəticələnə bilər”

Sürüşmə zonasında son vəziyyət: “İnsan tələfatı ilə nəticələnə bilər”

Hadisə

10 Yanvar 2020, 09:36

Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmənin dinamikasında aktivlik qalmaqdadır.

 

Bunu Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ESTN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

 

Ə.Qaralov səhər saatlarında əraziyə baxış keçirildiyini qeyd edib:

 

“Hazırda prosesin başa çatmasını gözləyirik, hələ ki gərginlik davam edir. İndiki vəziyyətdə kütlənin üzərinə çıxmaq, hansısa işlər görmək insan tələfatı ilə nəticələnə bilər. Ona görə sürüşmə sahəsində vəziyyətin stabilləşməsini gözləyirik”.

 

Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib, yol bağlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir