Modern.az

Ərdoğan İranda ABŞ-la bağlı suala cavab verməkdən imtina edib

Ərdoğan İranda ABŞ-la bağlı suala cavab verməkdən imtina edib

29 Mart 2012, 10:58

İranda səfərdə olann Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İranın vitse-prezidenti Məhəmməd Rza Rahimi ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib ki, dinc məqsədlər üçün nüvə texnologiyalarına malik olmaq hər bir dövlətin haqqıdır və buna heç kim mane ola bilməz. 

Modern.az
İranın rəsmi İRNA Agentliyinə istinadən xəbər verir  ki, keçirilən mətbuat konfransında baş nazir  Türkiyənin İstanbulda nüvə problemi ilə bağlı “beş üstəgəl bir” formatı üzrə danşıqların keçirilməsini təklif etdiyini deyib.  İran bu görüşə razılığını verib. “Biz hazırda Avropa ölkələrini bununla bağlı mövqeyini gözləyirik”.

Ərdoğanın mətbuat konfransında maraqlı məqam da diqqətdən qaçmayıb. Jurnalistlərin “Qərb ölkələrindən İran rəhbərliyinə hər hansı mesaj və təkliflər gətirmisinizmi?” sualını Türkiyənin Baş naziri cavalandırmaqdan imtina edib.  

X. SƏFƏROĞLU
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir