Modern.az

“Bu cinayətdə Nərminin doğmaları xüsusi ciddiliklə araşdırılmalıdır” - Kriminalist

“Bu cinayətdə Nərminin doğmaları xüsusi ciddiliklə araşdırılmalıdır” - Kriminalist

Hadisə

10 Yanvar 2020, 14:48

“Yandırılan 10 yaşlı Nərmin cinayəti 50 faiz açıq cinayətdir”.

 

Bu sözləri Modern.az-a keçmiş polis rəisi, kriminalist Mahmud Hacıyev Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilməsi ilə bağlı danışarkən söyləyib. O, bildirib ki, cinayətin kiçik bir kənddə baş verməsi qətlin aydınlığa qovuşmasını asanlaşdırır:

 

“Cinayət mütləq açıqlacaq. Elə çətin, həll edilməz qətl deyil. Amma cinayət prosesinin detalları haqqında ictimaiyyətə məlumat verilməməsi normaldır. Biz işin içərisində deyilik. Ona görə, mən özüm də cinayət işi ilə bağlı təxminlərimi aydın səsləndirə bilmərəm. Bu, ictimaiyyətin diqqətini yayındırmağa, yaxud cinayətkarların tapılmasına hər hansı formada təsir edə bilər.

Bu tipli cinayət işlərini prokurorluq orqanları aparır. Amma belə bağlı cinayətlərdə əsas yük polisin üzərinə düşür. Çünki müstəntiq tərəfindən istintaq tapşırığı verilir, polisin əməliyyat qrupları işə başlayır. Ona görə, cinayətin açılması üçün əsas güc polisin əməliyyatlarının üzərinə düşür. Hüquq-mühafizə orqanları birlikdə, kompleks şəkildə işlərini qursalar, cinayət tez bir zamanda açığa çıxacaq”.

 

Qətlə yetirilən Nərminin 46 gündür itkin olmasına da toxunan M.Hacıyevin sözlərinə görə, 10 yaşlı qızın kiçik məkanda bu qədər uzun müddət tapılmaması ən diqqətçəkici məqamdır:

 

“Kənd yerlərində adətən əksər sakinlər bir-birinə qohum olur. Uzun müddət itkin düşəndən sonra 10 yaşlı uşağın yanmış cəsədi tapılıb. Burada bir versiya var ki, Nərminin yaxınları polisə müraciət etməyiblər, yaxud gec məlumat veriblər. Polis axtarışlara başlayana qədər usağı qaçıran şəxs hər hansı tədbir görüb. Uşağın itkin düşməsi barədə polisə gec müraciət  edilibsə, mərhumun yaxınları doğmaları da istintaqa çəkilir. Hesab edirəm ki, bu cinayətdə Nərminin yaxınları, doğmaları xüsusi ciddiliklə araşdırılmalıdır”.

 

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır