Modern.az

Psixoloqların maaşı artıb? - Nazirlikdən açıqlama

Psixoloqların maaşı artıb? - Nazirlikdən açıqlama

15 Yanvar 2020, 11:55

Ötən gün Kütləvi İnformasiya Vasitələrində və sosial şəbəkələrdə psixoloqların əməkhaqqının artırılması ilə bağlı məlumatlar yayımlanıb.

 

Modern.az məsələni  dəqiqləşdirmək üçün Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb.

 

Təhsil Nazirliyindən  saytımıza bildirilib ki,  hazırda belə məsələ müzakirə olunmur:

 

“Bildiririk ki, təhsil nazirinin müvafiq əmri ilə əməkhaqqı artımı 24-28 dekabr tarixlərində diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə şamil olunur. Hazırda psixoloqların əməkhaqqının artırılması ilə bağlı məsələ müzakirə olunmur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir