Modern.az

Prezident Qubada “Soyqırımı memorial kompleksi”nin yaradılması barədə sərəncam imzalayıb

Prezident Qubada “Soyqırımı memorial kompleksi”nin yaradılması barədə sərəncam imzalayıb

Təhsil

30 Dekabr 2009, 20:33

Dekabrın 30-da Prezident İlham Əliyev Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılması barədə sərəncam imzalayıb.

Sərəncamda bildirilib ki, ötən əsrin əvvəllərində erməni-daşnak quldur dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və təcavüz siyasəti nəticəsində Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib, xalqımıza qarşı XX yüzilliyin ən faciəli soyqırımlarından biri törədilib. Təkcə Quba qəzasında 1918-ci ilin aprel-may ayları ərzində 122 kənd tamamilə dağıdılıb. Quba şəhərindəki kütləvi məzarlıqda soyqırımı nəticəsində hədsiz amansızlıq və xüsusi qəddarlıqla öldürülən azərbaycanlılarla yanaşı ləzgilərin, yəhudilərin, tatların və digər milli azlıqlara mənsub olan minlərlə insanların zorakılığa məruz qaldığı aşkar edilib.
Sərancama görə, erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaradılacaq.
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılması üçün Quba Rayon İcra Hakimiyyətinə 1 milyon manat məbləğində vəsait ayrılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır