Modern.az

Bakı Metropoliteni 16 yeni ventilyator alacaq

Bakı Metropoliteni 16 yeni ventilyator alacaq

17 Yanvar 2020, 12:06

Bakı Metropoliteni"Qapalı Səhmdar Cəmiyyəti bu il metro tunellərində havalandırmanını yaxşılaşdırılması üçün daha 16 müasir ventilyator alacaq.

 

Bu barədə Modern.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

Onun sözlərinə görə, yeni ventilyatorlar bu ilin fevral-mart aylarında Bakıya gətiriləcək:

 

"Gətiriləcək 16 ventilyatorların 10-u "qırmızı" və "yaşıl" xətlər üzrə olan metro stansiyalarında quraşdırılacaq.

 

Qalan 6 ventilyator isə "Bənövşəyi" xətt üçün nəzərdə tutulub".

 

B. Məmmədov bildirib ki, ötən il alınaraq metro tunellərində quraşdırılan 7 ventilyatorlar da fiberoptik kabellərlə mərkəzə birləşməsi prosesi tam yekunlaşıb

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı