Modern.az

Partiya sədri parlament seçkiləri ilə bağlı mətbuatdakı sorğulara qarşı

Partiya sədri parlament seçkiləri ilə bağlı mətbuatdakı sorğulara qarşı

Aktual

19 Yanvar 2020, 11:08

Yanvarın 17-dən etibarən Azərbaycanda 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkiləri üçün təbliğat-təşviqat kampaniyasına start verilib. İctimiayyətdə böyük maraq göstərilən seçki ilə bağlı bir çox informasiya agentlikləri təşviqat kampaniyası başladığı andan ictimai rəy sorğusu keçirir.

 

Həmin rəy sorğusunda iştirak edən deputatlığa namizəd Mais Səfərli Modern. az-la məsələ ilə bağlı fikirlərini bölüşüb:

 

“Təşviqat kampaniyası başladığı gündən bir çox saytlar ictimai rəy sorğusu adı altında müəyyən araşdırmalar aparırlar. Mən seçki məcəlləsində nəzərdə tutulmuş qaydada lazım olan sayda imzaları toplayaraq,  namizədliyimi irəli sürdüyüm dairə seçki komissiyasına təqdim etmişəm. Deputatlığa namizəd olaraq da qeydiyyatdan keçmişəm. Dairə seçki komissiyasında yaradılmış hər bir şəraitdən də çox razıyam. Hər bir şey normal şəkildə həyata keçirilir. Amma mətbuat vasitəsilə aparılan sorğuların obyektivliyinə inanmıram. Mən və mənim tərəfdaşlarım da bu sorğuya qoşulduq. Nəticədə sorğuda səs faizinə görə lider oldum. Bu liderlik də dünən günortaya qədər davam etdi. Lakin sonra heç bir səbəb göstərilmədən birdən-birə yüzlərlə səs silindi. Eyni hal digər deputatlığa namizədlərin də başına gəldi. Mən sorğunu keçirənlərə müraciət edərək bunun səbəbini soruşdum, lakin normal  cavab ala bilmədim. “Bu, bizim problemimiz deyil, sorğunu biz aparmırıq” dedilər.

 

Bu sorğunu aparanların adı belə bəlli deyil. Bilmirsən şirkətdir, kampaniyadır, hər nədirsə onlara bildirmək istəyirəm ki, nəticələrə sonradan müdaxilə ediləcəkdisə, bu sorğu niyə keçirilirdi?!”

 

Deputatlığa namizəd onu da qeyd edib ki, bu cür sorğular birmandatlı seçki dairələrində aparılmalıdır:

 

“Hesab edirəm ki, bütün ölkə üzrə aparılan bu sorğunun hazırkı seçkiylə heç bir bağlılığı yoxdur. Çünki Azərbaycanda seçki sistemi mojaritar qaydada aparılır. Konkret olaraq seçki dairələri var və həmin dairələrdən namizədlər irəli sürülür. O namizədlərin reytinqini də həmin dairələrdən müəyyənləşdirmək olar. Bu sorğuda isə heç bir xəbərdarlıq olmadan səslər silinir. Hətta orada heç bir şərtlər göstərilmir ki, seçici neçə dəfə səs verə bilər. Kimlərinsə telefonları bloklanır ki, ikinci dəfə sayta yenidən girə bilməsin. Düşünürəm ki, bu, neqativlikdən xəbər verir.

 

Mən burdan sizin saytınız vasitəsilə digər  namizədlərə də müraciət edirəm ki, bu xidmətdən yararlanmasınlar və belə sorğular dayandırılsın. Hesab edirəm ki, Mərkəzi Seçki Komissiyası belə məsələlərə müdaxilə etsə, daha yaxşı olar. Bu cür sorğular həm seçiciləri, həm namizədlərin özlərini çaşqın vəziyyətə salır. Xahiş edirəm, Mərkəzi Seçki Komissiyası bu məsələyə xüsusi diqqət yetirsin".

 

Qeyd edək ki, M.Səfərli 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizədliyini irəli sürüb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!