Modern.az

İsrail İrana qarşı gizli əməliyyatların ifşasından təşvişə düşüb

İsrail İrana qarşı gizli əməliyyatların ifşasından təşvişə düşüb

31 Mart 2012, 14:14

“Mossad” İran əleyhinə gizli əməliyatlarının həcmini azaldıb. Modern.az–ın məlumatına görə, bu barədə TİME həftəliyi İsraildəki mənbələrinə istinadən bildirib. Söhbət iranlı nüvə alimlərinə qarşı qəsdlərin təşkili, hərbi bazalarda təxribat və kəşfiyyat informasiyalarının yığılmasından gedir.

Mötəbər mənbə bildirib ki, bu barədə əmri baş nanzir Benyamin Netanyahu verib. Məlumatda qeyd olunur ki, Netanyahu “Mossad”ın İrandakı fəaliyyətinin faş olunacağından ciddi təşvişə düşdüyü üçün bu addımı atıb. “Mossad” rəhbərliyi hökümətin bu əmrindən narazı qalıb. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər