Arxiv
20 Yanvar 2020, 08:40 | AKTUAL
ABŞ Konqresində “Qara Yanvar” faciəsi yad olunub

16 yanvar 2020-ci il tarixində ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Stiv Şabot (Steve Chabot) bəyanatla çıxış edərək, “Qara Yanvar” kimi tanınan Sovet İttifaqı tərəfindən törədilmiş qətliam zamanı həlak olmuş günahsız insanların xatirəsini yad edib və 30 illiyinin qeyd olunduğu 20 yanvarın Azərbaycanın müstəqilliyinin yenidən formalaşması tarixi kimi əhəmiyyətini vurğulayıb.

 

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən Modern.az-a verilən məlumata görə, konqresmen Stiv Şabot bəyanatında 1990-cı ilin 20 yanvar gecəsində 26 minlik sovet qoşunlarının Bakı və ətraf ərazilərə hücum etdiyini, “Qara Yanvar” kimi insanların və tarixin yaddaşına həkk olunan Sovet qəddarlığı nəticəsində 145-dən çox mülki əhalinin həlak olduğunu, 800-ə yaxın insanın yaralandığını və yüzlərlə insanın həbs olunduğunu diqqətə çatdırıb.

 

Sovetlərin bu sərt tədbirinin məqsədinin Azərbaycanda formalaşmaqda olan müstəqillik hərəkatını boğmağa cəhd olmasına baxmayaraq, bunun Kommunist partiyasının idarəçiliyini və ümumilikdə Sovet İttifaqını qorumağa naçar cəhd kimi sübut edildiyi diqqətə çatdırılıb və bildirilib ki, əslində bu Azərbaycan və digər respublikaların müstəqillik hərəkatlarına təkan verib.

 

Məlumatda qeyd olunur ki, “Qara Yanvar” hadisələrindən sonra, Azərbaycan əhalisinin təzyiqləri nəticəsində Azərbaycan Parlamenti 1991-ci ilin 30 avqust tarixində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası haqqında Bəyannaməni, 18 oktyabr 1991-ci il tarixində isə Azərbaycan Respublikası Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını təsdiq edib.

 

Bəyanatda həmçinin məlumat verilir ki, 1991-ci ilin noyabr ayından etibarən Azərbaycanın müstəqilliyi tanınmağa başlanmış, gənc ölkənin müstəqilliyini tanıyan ilk ölkələrdən olan ABŞ 1992-ci ilin 28 fevral tarixində Azərbaycanla diplomatik münasibətlər qurub.

 

ABŞ və Azərbaycanın region üzrə ortaq maraq və məramlara malik olduğunu, ölkələrin xüsusilə enerji resurslarının inkişafı və təhlükəsizlik təhdidləri ilə mübarizə sahəsində əməkdaşlığını vurğulayan Stiv Şabot, digər Konqres üzvlərini Azərbaycanın bu faciəvi gününü yad etməyə çağırmışdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Düşmənin məqsədi ordumuzun Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir - Hikmət Hacıyev 24 Oktyabr 2020, 16:16 Düşmənin növbəti PUA-sı məhv edildi 24 Oktyabr 2020, 16:10 Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür... 24 Oktyabr 2020, 16:03 Serbiyanın “Natsionalna TV” kanalında ölkəmizdən danışılıb 24 Oktyabr 2020, 15:57 Ordumuz Qubadlıda düşmənin döyüş təyarəsini MƏHV ETDİ 24 Oktyabr 2020, 15:50 Baş Prokurorluqdan hərbçilərin videosunu paylaşanlara XƏBƏRDARLIQ 24 Oktyabr 2020, 15:42 Azərbaycanda yaşanan işğal faktorunun arxasında Fransa da var - Ərdoğan 24 Oktyabr 2020, 15:35 Azərbaycanda daha 792 nəfər koronavirusa yoluxdu - 8 nəfər öldü 24 Oktyabr 2020, 15:28 Bayrağımız Şuşada dalğalancaq! - VİDEO 24 Oktyabr 2020, 15:20 Azərbaycan öz torpaqlarını geri almağa başlayıb - Ərdoğan 24 Oktyabr 2020, 15:12 Mətbuat Şurası beynəlxalq təşkilatlara müraciət etdi 24 Oktyabr 2020, 15:05 İranda koronavirusdan ölənlərin sayı 32 mini ötüb 24 Oktyabr 2020, 14:58 ABŞ-da döyüş təyyarəsi qəzaya uğrayıb 24 Oktyabr 2020, 14:50 Adil Qeybulla: "Məğlubiyyət ermənilərə güclü psixoloji təsir edir" 24 Oktyabr 2020, 14:42 Təhsil naziri erməni terrorunun qurbanı olan şagirdlərdən YAZDI 24 Oktyabr 2020, 14:35 Dağlıq Qarabağda referendum heç vaxt olmayacaq 24 Oktyabr 2020, 14:27 Şəmkirdə yaşayan erməni qadın danışdı - VİDEO 24 Oktyabr 2020, 14:20 Xilaskar ƏSGƏRİM 24 Oktyabr 2020, 14:13 Ermənistandan Laçın və Qubadlı raket atəşinə tutulur - Müdafiə Nazirliyi 24 Oktyabr 2020, 14:06 “Çəkilən videoları yaymaq əvəzinə Müdafiə Nazirliyinə təhvil vermək daha faydalıdır” - Deputat    24 Oktyabr 2020, 14:00 Düşməndən növbəti etiraf: “Azərbaycandan çox geri qalmışıq” 24 Oktyabr 2020, 13:55 Yaponiya noyabrda təxirə salınan olimpiadaların bilet pulunu qaytara bilər 24 Oktyabr 2020, 13:50 Bakıda mənzildən 30 min manatlıq oğurluq olub 24 Oktyabr 2020, 13:42 Əkrəm İmamoğlu koronavirusa yoluxub 24 Oktyabr 2020, 13:35 Azərbaycan nefti yenidən ucuzlaşdı 24 Oktyabr 2020, 13:29 Düşmən terroru nəticəsində 8 şagird həlak olub, 16-sı yaralanıb 24 Oktyabr 2020, 13:22 Goranboyda evin həyətinə düşüb partlamayan erməni raketi - FOTO 24 Oktyabr 2020, 13:15 “Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır” - Türkiyə MN 24 Oktyabr 2020, 13:07 Biz Şuşanı da dezinfeksiya etməyə hazırıq - FOTO   24 Oktyabr 2020, 13:00 Çili mətbuatında ermənilərin Kəlbəcərdə soydaşlarımıza yaşatdıqları faciədən bəhs edilib 24 Oktyabr 2020, 12:55 Ön cəbhədə döyüşən əsgərin avtomobil arzusu gerçəkləşdirildi - FOTO/VİDEO 24 Oktyabr 2020, 12:48 Azərbaycanlılar “Guardian” nəşrinin binası qarşısında aksiya keçirib 24 Oktyabr 2020, 12:42 Qırğızıstanda prezident seçkilərinin tarixi açıqlandı 24 Oktyabr 2020, 12:36 Bakıda onlayn yolla narkotik satan qadın saxlanıldı 24 Oktyabr 2020, 12:29 Rusiya vətəndaşı Gəncədə erməni terrorunun qurbanı oldu - FOTO 24 Oktyabr 2020, 12:22