Arxiv
20 Yanvar 2020, 11:09 | İQTİSADİYYAT
Azərbaycanın əsas xarici ticarət tərəfdaşları

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 117 ölkəyə məhsul ixrac olunub, 181 ölkədən idxal olunub.

 

Modern.az-ın məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 30 milyard 040,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 17 milyard 655,8 milyon dollar, idxalın dəyəri 12 milyard 384,7 milyon dollar təşkil edib, nəticədə 5 milyard 271,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

 

2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,2 faiz artıb, real ifadədə isə 2,2 faiz, o cümlədən idxal 5,6 faiz, ixrac 0,3 faiz azalıb. Bu dövr ərzində ölkədən 1781,1 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilib ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 16,3 faiz, real ifadədə isə 10,3 faiz çoxdur.

 

İxracın 29,6 faizini İtaliyaya, 13,9 faizini Türkiyəyə, 6,6 faizini İsrailə, 5,2 faizini Hindistana, 5,1 faizini Almaniyaya, 4,1 faizini Çinə, 3,8 faizini İspaniyaya, 3,6 faizini Rusiyaya, 3,1 faizini Çexiyaya, hər biri 2,9 faiz olmaqla Fransa və Gürcüstana, 2,6 faizini Birləşmiş Krallığa, 2,0 faizini Xorvatiyaya, 1,9 faizini Portuqaliyaya, 1,8 faizini Ukraynaya, 10,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

 

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,9 faiz), Türkiyəyə (20,4 faiz), İsveçrəyə (9,2 faiz), Gürcüstana (8,5 faiz), Ukraynaya (2,6 faiz), İtaliyaya (2,2 faiz), Çinə (2,0 faiz), Yunanıstana (1,9 faiz), İrana (1,3 faiz), Niderlanda (1,3 faiz), Qazaxıstana (1,3 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

 

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,7 faizi Rusiya, 12,0 faizi Türkiyə, 9,8 faizi İsveçrə, 9,6 faizi Çin, 5,8 faizi ABŞ, 5,1 faizi Almaniya, 3,5 faizi Ukrayna, 3,4 faizi İran, 3,2 faizi Kanada, 2,7 faizi İtaliya, 2,4 faizi Avstraliya, 1,8 faizi Fransa, 1,7 faizi Birləşmiş Krallıq, hər biri 1,6 faiz olmaqla Qazaxıstan və Yaponiya, 19,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İtaliyada koronavirusdan REKORD sayda sağalma 8 Aprel 2020, 20:59 Britaniyada daha 938 nəfər koronavirusdan öldü 8 Aprel 2020, 20:45 İrandan koronavirusla mübarizədə dəstəyə görə Azərbaycana təşəkkür 8 Aprel 2020, 20:29 Koronavirusa görə GPS peykinin buraxılışını təxirə salındı 8 Aprel 2020, 20:17 Siyasətçi bu səbəbdən prezident olmayacaq 8 Aprel 2020, 20:01 ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik 8 Aprel 2020, 19:50 Bakıda “Toyota” ilə “KamAZ” toqquşub:  yaralanan var 8 Aprel 2020, 19:41 “AzərGold” xaricə qızıl satışını dayandırıb 8 Aprel 2020, 19:33 Şəxsiyyət vəsiqəsinin müddəti bitən şəxslərin NƏZƏRİNƏ 8 Aprel 2020, 19:25 Nazirlər Kabinetinin rəsmisi: “Adamlara pul paylansa, daha çox insan işsiz qalacaq” 8 Aprel 2020, 19:17 Maliyyə yardımı kimlərə şamil olunacaq? - Nazir: “Minimal məbləğ 250 manat...” 8 Aprel 2020, 19:11 İbrahim Məmmədov: “Düşmən ölkələr koronavirusla bağlı şayiələr yayırlar” 8 Aprel 2020, 19:01 Azərbsaycanda 82 yaşlı şəxs koronavirusdan sağalıb 8 Aprel 2020, 18:53 Azərbaycanda koronavirusa yoluxma ilə bağlı qırmızı zona yoxdur – Operativ Qərargah 8 Aprel 2020, 18:51 İşdən çıxarılan məmur baş naziri sərt tənqid etdi 8 Aprel 2020, 18:46 UNEC aliminin koronavirus barədə araşdırması apardı 8 Aprel 2020, 18:38 Bakıda piyadanı vurub öldürən sürücü tutuldu 8 Aprel 2020, 18:31 Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı XƏBƏRDARLIQ 8 Aprel 2020, 18:28 Ağır xəstələrin rayondan Bakıya gətirilməsinə icazə verilir – Operativ Qərargah 8 Aprel 2020, 18:25 BMU-da tədrisin məsafədən təşkili üzrə göstəricilər 8 Aprel 2020, 18:22 İran parlamenti karantin müddətini uzatmayıb 8 Aprel 2020, 18:18 TƏBİB sədrindən vətəndaşlara MÜRACİƏT - “Qan verin, çünki çətinliklərimiz ola bilər” 8 Aprel 2020, 18:14 Rusiya və Ermənistan XİN rəhbərləri Qarabağı müzakirə etdi 8 Aprel 2020, 18:12 Azərbaycanda həkim koronavirusa YOLUXDU 8 Aprel 2020, 18:11 Azərbaycan martda gündəlik 763,9 min barrel neft hasil edib 8 Aprel 2020, 18:07 Dolların sabaha olan məzənnəsi  8 Aprel 2020, 18:02 Nazirlər Kabinetindən maskaların qiyməti ilə bağlı AÇIQLAMA 8 Aprel 2020, 18:01 Təhlükənin miqyası o dərəcədə böyükdür ki, fövqəladə hal istisna olunmur - İbrahim Məmmədov 8 Aprel 2020, 17:59 TƏBİB-in sədri: “Karantin yerlərində yoluxma halları artır” 8 Aprel 2020, 17:52 Minskdə qalan azərbaycanlılar Prezidentə və birinci xanıma təşəkkür etdi - VİDEO 8 Aprel 2020, 17:51 Nazirlər Kabineti: “Karantin müddəti uzadıla bilər” 8 Aprel 2020, 17:45 53 min adam virus testindən keçirilib, 3 min nəfər karantində saxlanılır - RƏSMİ 8 Aprel 2020, 17:41 Hökumətdən karantin rejiminin daha da sərtləşdirilməsini istəyəcəyik!” - XƏBƏRDARLIQ 8 Aprel 2020, 17:36 Onlar əhalini hakimiyyət çevrilişinə sövq etmək istəyir - Deputatdan müxalifətə ETİRAZ 8 Aprel 2020, 17:34 Deputatlar regionlardakı son vəziyyətdən DANIŞDILAR 8 Aprel 2020, 17:30