Modern.az

Abay Kunanbayevin “Qara sözü” Modern.az-da - Dördüncü söz

Abay Kunanbayevin “Qara sözü” Modern.az-da - Dördüncü söz

Aktual

22 Yanvar 2020, 09:40

Modern.az saytı qazax xalqının görkəmli ədəbiyyatçısı və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyi münasibəti ilə onun qələmə aldığı “Qara Sözü” təqdim edir.

 

DÖRDÜNCÜ SÖZ

 

Hər bir diqqətli adam bilir ki:  gülüşün özü də bir məstliyin, sərxoşluquğun, kefliliyin əlamətidir.  Sərxoş  adam qəbahət edər,  kefli adamla da söhbət etmək artıq baş ağrısıdır. Belə olanda, deyiblər ki,  boş-boş gülən adamların ağlı topuğunda olar. Onlar  nə utanar, arada boş-boşuna gəzib ,  nə də bir işin qulpundan yapışarlar. Ağılı özündə olan, düşünə bilən adam isə, həm bü gününün hörmətini , həm də axirətinin hörmətini qazanar.

 

Sözünün  -söbətinin yerini bilmək  uğurun əsasıdır. Mən demirəm ki, insan hər zaman dərd-qəm çəkməlidir. Məgər qəlb ancaq  qəm-kədər üçündür? Əlbəttə  sevinmək-gülmək də lazımdır. İnsan  təkçə özünü düşünməməlidir, insan daim hərəkətdə olmalıdır ki, dərd-məlal  onu ağuşuna almasın. Boş yerə şənliklərə vaxt sərf etmək insana faydalı deyil. Boş şənliklərdənsə, faydalı bir iş görmək insanın ruhunu daha rahat edir.

 

Dərd-qəm gələndə də, özünü ona təslim etməməlisən, ancaq zəif adamlar dərdə təslim olurlar. Dərd-bəla gələndə də ondan çıxış yolu, təsəlli tapmağı bacarmalısan.  Əgər qarşına bir səfeh adam çıxsa, onun üstünə də gülmə, gülməyin gəlsə belə, gizlində gül,  başqasının səfehliyinə gülmək ayıbdır, gördüklərindən  ibrət götür. Qanan üçün acı gülüşün özü ən böyük kədərdir.

 

Bir yaxının və ya dostunun yaxşı işini görəndə , insanları firavan görəndə  ürəkdən gülməyin yeri var. Lakin dayanmadan, uzun-uzadı gülmək, kimisə lağa qoyub gülmək—bunlar kənardan yaxşı görünmür. Elə gül ki, sonradan özünü saxlaya biləsən, çox gülmək adamı dəli edər.

 

Fikir vermisənmi hətta uşaq dünyaya gələndə gülə-gülə deyil, ağlaya -ağlaya gəlir. Əgər lazım olsaydı, Allah onu bu dünyaya güldürə-güldürə gətirərdi. İnsan dünyaya ağlaya-ağlaya gəlir, göz yaşları ilə yola salınır. Bu iki hadisənin aralığında ötən ömrü boyu çox vaxt əsil xoşbəxtliyin harada və nədə olduğundan xəbəri olmur, ona verilən ömrü alçaq və ucuz  mübarizələrə, boş mübahisələrə sərf edir. Bir də onda ayılır ki, eh- vay, artıq ömür sona çatıb.  Ancaq onda anlayır ki, dünyanın bütün xəzinəsini töksə də ömrünü heç nə ilə uzada bilməyəcək.
Ömrü hiyləgərliklə, yalanla , dilənçiliklə, adam satmaqla yaşamaq sahibsiz itin işidir. Hər şeydən əvvəl allaha sığınmalısan, sonra isə  öz qeyrətinə güvənib yaxşı işlər görsən, qara torpaq da sənin üçün parqu kimi olacaq.

 

Tərcümə etdi: Aida Eyvazlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı