Modern.az

Rəqibinə qarşı “qara” piar aparan namizədləri nə gözləyir...

Rəqibinə qarşı “qara” piar aparan namizədləri nə gözləyir...

Aktual

22 Yanvar 2020, 10:11

Fevralın 9-u ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq deputatlığa namizəd olan bəzi şəxslər rəqiblərinin əleyhinə iş aparırlar.

 

Bəs, qanunvericilik  bu kimi hallarda namizədin qeydiyyatının ləğvini mümkün edirmi?

 

Məsələ ilə bağlı tanınmış hüquqşünas, “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev Modern.az-a danışıb.

 

“Qanunvericiliyin tələblərinə görə, namizədin həm leyhinə, həm də əleyhinə təbliğat-təşviqat aparıla bilər. Burda hər hansı bir problem yoxdur. Əlbəttə ki, təbliğat və təşviqatın aparılmasın etik davranış qaydalarına uyğun olmalıdır. Yəni təhqir olmamalıdır, əgər təhqir olarsa bununla bağlı təhqir olunan namizədlər və ya onun vəkilləri, Mərkəzi Seçki Komissiyasına, yaxud da məhkəməyə müraciət edə bilər. Nəticədə həmin qurumlar tərəfindən müvafiq qərarlar qəbul edilir. Ya həmin şəxsə xəbərdarlıq edilir, ya da seçkidən kənarlaşdırılır. Bəzən görürsən ki, namizəd  seçicilərinə müraciət edir ki, rəqibinin səs verməsinlərYəni burda heç bir problem yoxdur, bu kimi təbliğatlar apara bilərlər. Əsas mahiyyət də ondan ibarətdir ki, rəqib namizəd digər namizədin zəif cəhətlərini görsün və seçkilərdə də onun əleyhinə təşviq etsin. Əsas odur ki, şəxsiyyət təhqir olunmasın. Ancaq yenə də qarşı tərəf bununla bağlı məhkəməyə müraciət edə bilər”.

 

Hüquqşünas deputatlığa  namizədlərin biri-birinə sən qocasan deməyində heç bir problem görmədiyini də vurğulayıb.

 

“Burda təhqir elementi yoxdur. Məsələn, gənc olan namizədə irad tutmaq olar ki,təcrübəsizdir. Yaşlı insanın müsbət cəhəti ondan ibarətdir ki, müdriklik məsələsi var. Çünki parlament uşaqların da yeri deyil. Ən azından yaşlı deputalar daha təcrübəlidir və hər bir məsələdə özünü təsdiq edə bilir”.

 

Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossasiyası Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı seçki prosesində qara piarrast gəlindiyini söyləyib.

 

“Qara piar çox güclüdür. Həmçinin qara piar ictimai rəydə çox güclüdür. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da bu, var. Əgər namizəd seçicilərə müraciət edirsə ki, “digər namizədə səs verməyin” bu, doğru deyil. Çünki bu nə etik normalara, nə də mentalitetə sığan işlərdir. Sən öz təbliğatını qurmalısan və təbliğatın vasitəsilə seçiciləri özünə cəlb etməlisən. Başqasına qarşı qarayaxma əks təbliğat namizədə başucalığı gətirmir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır