Modern.az

Paytaxtın 3 rayonunda müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

Paytaxtın 3 rayonunda müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

22 Yanvar 2020, 10:57

Yanvarın 24-də paytaxtın Səbail, Yasamal və Qaradağ rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

 

Bu barədə Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

 

Paytaxtdakı 162 nömrəli tam orta məktəbdə (Ünvan: O.F.Nemanzadə küçəsi 15) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

 

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?