Modern.az

2009-cu ildə dünyada 137 jurnalist öldürülüb

2009-cu ildə dünyada 137 jurnalist öldürülüb

Təhsil

31 Dekabr 2009, 21:36

2009-cu ilin yekunlarını cəmləşdirən Beynəlxalq Jurnalistlər Federasiyası ötən il ərzində peşə fəaliyyəti ilə bağlı dünyada 137 jurnalistin öldürüldüyünü bildirib.

 

Təşkilatın ekspertləri deyirlər ki, ənənəvi olaraq jurnalistlər üçün əsas təhlükəni seçkilər və münaqişələrin işıqlandırılması təşkil edir.

 

Sabiq sovet respublikaları arasında jurnalistlərin işləməsi baxımından ən təhlükəli ölkələrin siyahısında beşinci yeri Rusiya tutub. 2009-ci ildə bu ölkədə 6 jurnalist qətlə yetirilib.

 

Peşə fəaliyyəti ilə bağlı Pakistanda -7, Somalidə -9, Meksikada isə 13 müxbir öldürülüb.

 

Jurnalistlər üçün ən təhlükəli ölkə Filippindir. Burada il ərzində - 31 jurnalist öldürülüb.
Rusiya ekspertləri qeyd edirlər ki, müxbirlərə hücumların cəzalandırılmamış qalması xüsusi narahatlıq doğurur

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır