Modern.az

Niyazi Bayramov Gəncənin Şıxzamanlılar qəsəbəsinin sakinləri ilə görüşüb

Niyazi Bayramov Gəncənin Şıxzamanlılar qəsəbəsinin sakinləri ilə görüşüb

23 Yanvar 2020, 12:36

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Şıxzamanlılar qəsəbəsinin sakinləri ilə görüşüb, onların şikayət və təkliflərini dinləyib. Görüşdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

 

Modern.az-ın məlumatına görə, Niyazi Bayramov qeyd edib ki, sakinlərlə olan bu cür görüşlər ölkə rəhbəri, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq həyata keçirilir. Əsas məqsəd sakinlərin problemləri ilə yaxından tanış olaraq onları aradan qaldırmaqdır.

 

Görüşdə iştirak edən sakinlər tək-tək çıxış edərək, onları narahat edən məsələri dilə gətiriblər. Qəsəbə sakinləri ərazidə su-kanalizasiya xəttlərinin, küçə işıqlanması sisteminin yenilənməsini, habelə 6 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusların yolunun uzadılmasını xahiş ediblər.

 

Sakinlərə bildirilib ki, hazırda Gəncə əhalisinin içməli su təchizatı və kanalizasiya təsərrüfatının yaxşılaşdırılması məqsədi daşıyan layihənin icrası davam edir. Küçələrdə asfalt işlərinin görülməsi, habelə işıqlandırma sisteminin qurulması prosesi də həmin layihəyə uyğun aparılır. Yəni asfalt işləri su-kanalizasiya layihəsinin yekunlaşdığı küçələrdə mərhələli şəkildə görülür.

 

Görüşdə qeydiyyatsız evlər məsələsinə də toxunulub. Vətəndaşlara bildirilib ki, bu istiqamətdə Kəpəz Və Nizami rayon İcra Hakimiyyətlərində xüsusi komissiyalar fəaliyyət göstərir. Məsələ ilə bağlı sakinlər yaşadıqları rayon üzrə müvafiq komissiyalara müraciət edə bilərlər.

 

Görüşdə sakinlərin şəxsi problemləri də dinlənilib. Qaldırılan məsələlərin bir çox yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq qanuna müvafiq formada həlli istiqamətində tapşırıqlar verilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?