Modern.az

Azərbaycanda şahmat məktəbinin direktoru narkotiklə TUTULDU

Azərbaycanda şahmat məktəbinin direktoru narkotiklə TUTULDU

23 Yanvar 2020, 12:48

Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışında və dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

 

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Modern.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Giləzi qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin soyğunçuluq və oğurluq maddələri ilə məhkum olunmuş Pərviz Zeynalov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman satış üçün hazırlanmış narkotik maddə - heroin aşkar olunub.

 

Dindirilmə zamanı P.Zeynalov narkotik maddələrin satışı ilə məşğul olduğu etiraf edib. Pərviz Zeynalov Şahmat məktəbinin  direktoru işləyib.

Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu