Modern.az

Mikroavtobus piyadanı vurub öldürdü

Mikroavtobus piyadanı vurub öldürdü

Aktual

23 Yanvar 2020, 15:41

Sumqayıt şəhərinin Sülh küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata əsasən, yanvarın 22-də saat 7 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində şəhər sakini E.Hüseynov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən həmyerlisi Tural Məmmədovu vurduqdan sonra idarəetməni itirdiyindən nəqliyyat vasitəsi yolun kənarındakı elektrik dirəyinə dəyib.

 

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərilib.

 

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir