Modern.az

Cavanşir Paşazadə seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR

Cavanşir Paşazadə seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR

23 Yanvar 2020, 15:32

75 saylı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizəd Cavanşir Paşazadənin seçicilərlə çox səmimi görüşlər keçirir.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd Cavanşir Paşazadə yanvarın 23-də insanlarla bir araya gəlib. Ölkədə aparılan kadr, eləcə də, iqtisadi-sosial islahatlardan  danışan Cavanşir Paşazadə ölkə başçısının gördüyü işləri müsbət dəyərləndirib.

 

Deputatlığa namizəd qeyd edib ki, Lənkəran-Masallı rayonlarında 15 il bundan qabaq qaz-işıq problemlərinin olmasından şikayətlər olurdusa, bu gün o cür şikayətlər yoxdur.

 

Rayon camaatı deputatlığa namizədlə görüş zamanı növbəti dəfə ona səs verəcəklərini xüsusi qeyd ediblər.

 

Sonda Cavanşir Paşazadə hər bir seçicisinə minnətdarlığını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi