Arxiv
23 Yanvar 2020, 19:15 | AKTUAL
XİN: “Ermənistan uydurma təbliğat aparır”

“Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın 1990-cı ilin yanvar hadisələri ilə bağlı reaksiyasına münasibətdə şərhlə çıxış edib. Buna cavab olaraq qeyd etmək istərdim ki, 1990-cı ilin 20 yanvar tarixində Azərbaycanın qəhrəman oğul və qızlarının ölkənin müstəqilliyi uğrunda canlarından keçərək, müasir tariximizin şərəfli bir səhifəsinə adlarını öz qanları ilə yazmalarının 30-cu ildönümü həm ölkəmizdə, həm də diplomatik nümayəndəliklərimiz tərəfindən dünyanın 60-dan çox ölkəsində anım mərasimləri ilə qeyd olunub. Beynəlxalq ictimaiyyətin, o cümlədən ölkəmizdəki diplomatik korpusun bu xüsusda bizə verdiyi dəstəyi xüsusilə vurğulamaq istərdik”.

Modern.az-ın  xəbərinə görə, bunu Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun dinc azərbaycanlılara qarşı törətdiyi qırğın insanlıq əleyhinə cinayətdir və bu cinayətə görə məsuliyyəti keçmiş sovet rəhbərliyi daşıyır. 1990-cı ilin yanvar hadisələri Azərbaycan xalqının müstəqillik əzmini qıra bilmədi və ölkəmiz dövlət müstəqilliyini bərpa etdi. Bu gün Azərbaycanın müstəqilliyi və suverenliyi bütün beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə tanınır və dəstəklənir. O ki, qaldı Ermənistanın 1990-cı ilin yanvar hadisələri ilə bağlı apardığı uydurma propaqandaya, bu kimi fəaliyyəti ilə Ermənistan tərəfi Azərbaycanın dinc əhalisinə qarşı tarixən həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini gizlətmək məqsədini güdür. Ermənistan XİN-i Azərbaycanı əsassız şəkildə ittiham etməkdənsə, öz tarixinə diqqət yetirməli, keçmiş prezidentlərinin şəxsən təsdiq etdiyi etnik təmizləmə siyasətini və yüz minlərlə azərbaycanlının fundamental hüquqlarını kobudcasına pozduqlarını və beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənən işğalçı siyasəti illərdir ki, davam etdirdiklərini etiraf etməlidir”, - deyə XİN rəsmisi vurğulayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İcra başçısı müşavirə keçirdi 24 Fevral 2020, 12:52 Azərbaycanda 3000-ə yaxın iş yeri AÇILACAQ 24 Fevral 2020, 12:48 İndoneziyada Xocalı soyqırımı ilə bağlı poçt markası nəşr edilib 24 Fevral 2020, 12:46 Qarabağdakı işğalçı ordu döyüşə hazır vəziyyətə gətirildi – Cəbhədə nə baş verir? 24 Fevral 2020, 12:41 İlham Əliyev Ponomaryovu təltif etdi 24 Fevral 2020, 12:38 Əli Əhmədov Prezidentin İtaliya səfərindən yazdı 24 Fevral 2020, 12:33 “Jeep”dən 5 kq-dan artıq narkotika çıxdı - FOTO 24 Fevral 2020, 12:31 Koronavirus qızılı bahalaşdırdı 24 Fevral 2020, 12:28 Nazirlik Bakıda ağac kəsənləri axtarır 24 Fevral 2020, 12:25 BMU ali təhsil müəssisələrinin sərgisində iştirak edib - FOTOLAR 24 Fevral 2020, 12:19 Avropa şirkətlərinin Qarabağdakı qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb -  “AzerGold” sədri 24 Fevral 2020, 12:17 İranda koronavirusdan ölənlərin sayı 12-yə çatdı 24 Fevral 2020, 12:11 Ermənilər Qazax istiqamətindəki döyüş barədə MƏLUMAT YAYDI - VİDEO 24 Fevral 2020, 12:08 MSK-nın ləğv etdiyi dairə və məntəqələr - DAVAM EDƏCƏK? 24 Fevral 2020, 12:05 Azərbaycanın dini icmalarının rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏT 24 Fevral 2020, 12:00 “Filizçay yatağının istismara verilməsi yüzlərlə iş yerinin açılmasına imkan yaradacaq” - Zakir İbrahimov 24 Fevral 2020, 11:55 Vilayət Eyvazovdan Vaqif Əsədovun bölməsinə yeni TƏYİNAT 24 Fevral 2020, 11:50 Martın 1-də IX siniflər üzrə buraxılış imtahanı keçiriləcək 24 Fevral 2020, 11:44 Qızılın satışından 141,9 milyon manat gəlir əldə edilib 24 Fevral 2020, 11:38 İrandan "Sədərək"ə mal gətirilməsi dayandırıldı 24 Fevral 2020, 11:34 “Məqsədimiz beynəlxalq məhkəmələr müstəvisində Xocalının soyqırım kimi tanıdılmasıdır” 24 Fevral 2020, 11:32 Azərbaycan ordusunun əsgəri şəhid oldu - FOTO 24 Fevral 2020, 11:27 Hikmət Hacıyev: “Münhen Təhlükəsizlik Konfransında Ermənistanın yalanları ifşa edildi” 24 Fevral 2020, 11:20 Bakıda yaşayış binasında yanğın olub 24 Fevral 2020, 11:14 Baş infeksionistdən əhaliyə müraciət: İrana getməyin 24 Fevral 2020, 11:09 Səfir Türkiyə-Naxçıvan sərhədinin bağlanmasından DANIŞDI 24 Fevral 2020, 11:03 İnam Kərimov direktoru işdən ÇIXARDI 24 Fevral 2020, 11:01 Los Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb 24 Fevral 2020, 10:56 Azərbaycan “Böyük Dəbilqə”ni 4 medalla başa vurdu 24 Fevral 2020, 10:50 Prezidentin köməkçisi: Azərbaycan koronavirusla əlaqədar ÜST-ün tövsiyələrini ciddi şəkildə araşdırır 24 Fevral 2020, 10:44 “Məcburi köçkün qadınların ədalət çağırışı müstəsna əhəmiyyətə malikdir” - Ombudsman 24 Fevral 2020, 10:38 Hicran Hüseynovadan BMT-yə ETİRAZ 24 Fevral 2020, 10:32 Bakıda qanlı olay: 83 yaşlı kişi arvadını bıçaqladı 24 Fevral 2020, 10:26 I sinfə qəbul üçün müsahibələr başladı 24 Fevral 2020, 10:20 “BMT TŞ-nin qətnamələri icra edilənə qədər qüvvədədir” - Hikmət Hacıyev 24 Fevral 2020, 10:13