Modern.az

Könül Nurullayeva Keşlə qəsəbəsində ağsaqqal və dindarlarla görüş keçirib - VİDEO

Könül Nurullayeva Keşlə qəsəbəsində ağsaqqal və dindarlarla görüş keçirib - VİDEO

25 Yanvar 2020, 12:42

Könül Nurullayeva Keşlə qəsəbəsində yerləşən Şah Abbas məscidində ağsaqqal və dindarlarla görüş keçirib.

 

 

Modern.az xəbər verir ki, bu günlərdə 24 saylı Nizami seçki dairəsindən parlament seçkilərində namizədliyini irəli sürən K. Nurullayeva seçki qərargahının üzvləri ilə Keşlə kəndində yerləşən 400 yaşı olan Şah Abbas məscidini ziyarət edib. Məqsəd hər bir nəcib işə başlayarkən ağsaqqallardan, ağbirçəklərdən, böyüklərdən xeyir-dua almaq kimi vacib məqam olub.

 

Bilirsiniz ki, son 15 ildə Nizami 1-ci seçki dairəsinin deputatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, hörmətli Rövnəq Abdullayev olub. Onun millət vəkili kimi bu dairədə gördüyü işlərin miqyası kifayət qədər geniş olub və yüksək keyfiyyəti ilə seçilib. Rövnəq bəy həm Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına, həm də Azərbaycan Cüdo Federasiyasına rəhbərlik edir, bundan başqa, ölkəmizin ev sahibliyi etdiyi bir neçə irimiqyaslı idman yarışının Təşkilat Komitəsində təmsil olunub. Azərbaycan üçün vacib olan bu idman layihələrinin bir çoxunda Könül Nurullayeva və Rövnəq Abdullayev birgə fəaliyyət göstəriblər. Məhz bu səbəbdən təşviqat kampaniyasına başlayarkən Rövnəq müəllimin də dəstəyini almaq K. Nurullayeva üçün əsas şərtlərdən olub. O Rövnəq bəyə şəxsən Şah Abbas məscidini birgə ziyarət etmək və kənd ağsaqqalları ilə görüşmək təklifi ilə müraciət edib. Rövnəq Abdullayev təklifi qəbul etdiyi üçün Könül Nurullayeva ona öz təşəkkürünü bildirib.

 

Keşlə qəsəbəsində çox səmimi keçən görüşdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın apardığı uğurlu siyasətdən söz açılıb, həyata keçirilən böyük işlərdən və tarixi islahatlardan danışılıb. Sonra qəsəbə sakinləri ilə danışıqlar aparılıb, onları narahat edən məsələlər, problemlər müzakirə olunub. Könül Nurullayeva sakinlərin qaldırdığı bütün məsələləri daim diqqətdə saxlayacağına söz verib.

 

Qeyd edək ki, Könül Nurullayevanın seçiciləri ilə görüşləri davamlı olacaq və bu görüşlər seçki dairəsinin bütün məntəqələrini əhatə edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi