Modern.az

Ziyad Səmədzadə şəhid ailələri ilə görüşdü – FOTOLAR

Ziyad Səmədzadə şəhid ailələri ilə görüşdü – FOTOLAR

25 Yanvar 2020, 13:22

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd, “Şöhrət” və “Şərəf” ordenli akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin seçki kampaniyası, seçicilərlə görüşləri uğurlu şəkildə davam edir.

 

Modern.az-ın xəbərinə görə, deputatlığa namizəd bu dəfə şəhid ailələrindən bir qrupu ilə görüşüb.

 

Gorüş çox səmimi və isti ortamda keçib.

 

Deputatlığa namizəd şəhid ailələrinin fikirlərini dinləyib, eyni zamanda, həm şəhidlər, həm də səsləndirilən fikirlərlə bağlı münasibətini bildirib.

 

Deputatlığa namizəd şəhidlərin Azərbaycan xalqının milli qürur və şərəf mənbəyi, baş tacı olduğunu, onların daim qəlblərdə yaşadığını, eyni zamanda, Azərbaycan dövləti və dövlət başçısı İlham Əliyev, eləcə də, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən şəhidlərin xatirəsinin əziz tutulduğunu, şəhid ailələrinin daim diqqətlə və qayğı ilə əhatə olunduğunu bildirib.

 

Şəhid ailələri də Azərbaycan dövləti tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını, ölkə Prezidentinin siyasətini dəstəklədiklərini, 9 fevral seçkilərində ən layiqli namizədlərə səs verəcəklərini bildiriblər.

 

Ziyad Səmədzadə:“Şəhidlik elə bir zirvədir ki…”

 

Ziyad Səmədzadə: O xalqlar, o dövlətlər xoşbəxtdir və öz ayaqları üzərində ona görə duruş gətirə, dayana bilirlər ki, onların uğrunda canından keçən, canını fəda edən vətən övladları şəhidləri var

 

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin müsahibəsini təqdim edirik:

 

-Bildiyiniz kimi, Azərbaycan xalqı öz müstəqilliyi, azadlığı, ərazilərinin bütövlüyü və toxunulmazlığı uğrunda mübarizədə tarix boyu çoxlu şəhidlər verib. Eyni zamanda, 31 ildir ki, Ermənistanın işğalçılığına, təcavüzkarlığına məruz qalmışıq və işğal faktı hələ də davam etməkdə, hələ də şəhidlər verməkdəyik. Ona görə  də söhbətimizə  elə şəhidlikdən və şəhidlərdən başlamaq istərdik.

 

-Öncə qeyd edim ki, şəhid sözü ərəb sözü olub, mənası öz gözləri ilə görən, şahidlik edən deməkdir. Bu söz müqəddəs dini kitabımız Quranda 50 yerdə keçir. Şəhid sözünün Allah yolunda canından keçən mənası da var ki, bu, Hz. Peyğəmbər tərəfindən işlədilmişdir: “Mən onların (şəhidlərin) Allah yolunda canlarından keçdiklərinə şahid və şəfaətçiyəm”.

 

Şəhidlik eyni zamanda, vətən, xalq, dövlət, millət, haqq, ədalət yolunda canından keçmək, özünü fəda etmək etməkdir. Şəhidlik könüllü şəkildə, bilə-bilə özünü odun-alovun içinə atmaq, bir an belə tərəddüd etmədən, göz qırpmadan ölümün üzərinə getmək, ölümün gözünə dik baxmaqdır. Şəhidlik elə bir zirvədir ki, heç də hər bir Allah bəndəsi bu zirvəyə ucala, yüksələ bilmir. Bu zirvəyə o insanlar yüksəlir, ucalırlar ki, onlar vətən, millət, dövlət yolunda ölümün üzərinə yürüyə, ölümün gözlərinin içinə dik baxa bilirlər. Şəhidlikdən Şəhidlər yaranır, şəhidlikdən Şəhidlər doğulur.

 

Şəhidlər milli qürür mənbəyi, milli iftixar hissi, and, namus yeri, baş taçıdır. O xalqlar, o dövlətlər xoşbəxtdir və öz ayaqları üzərində ona görə duruş gətirə, dayana bilirlər ki, onların uğrunda canından keçən, canını fəda edən vətən övladları şəhidləri var. Bəli, heç kim istəməz ki, kiminsə övladı, oğlu, qızı bu dünyadan arzuları, diləkləri gözlərində, ürəklərində qalmış, nakam getsin, vaxtsız və çox erkən yaşlarında dünyasını dəyişsin. Amma həyatın, gərdişi-dövranın öz reallıqları, öz tələbləri var. Müstəqil, azad, hürr yaşamaq istəyirsənsə, onu yolu həm də Şəhidlikdən və Şəhidlər keçir və keçməlidir.

 

Bəli, Azərbaycan xalqı, Azərbaycan türkləri də yarandığı gündən öz azadlığı, öz müstəqilliyi, öz bütövlüyü uğrunda tarix boyu çoxsaylı şəhidlər verib. Vətən torpaqlarımız qanlı göz yaşları, şəhid qanları ilə yoğrulub, suvarılıb. Xüsusilə də, iki dəfə müstəqillik əldə etdiyimiz ötən 20-ci əsrdə xalqımız böyük və qanlı istiqlal savaşından keçib. İstər 20-ci əsrin əvvəllərində, xüsusilə, 1918-ci ilin ilk aylarında, mart ayında xalqımız həm azadlığı, həm torpaqlarının bütövlüyü uğrunda məkrli qonşularımızla və onların himayədarları ilə mücadilədə minlərlə övladını itirib, minlərlə oğul-qızı şəhid olub, yaralanıb, şikəst, əlil olub. 1918-ci ilin 31 mart Soyqırımı tarixin ən qanlı və ən amansız səhifələrindədir. Həmin hadisələrin, qırğınların yanğısı, göynərtisi,  sızıltısı, acısı hələ də canımızda, rumuzdadır.  Üstündən 100 ildən artıq vaxt ötsə də, hələ də 31 mart Soyqırımı yaddaşlarda, hafizələrdədir və üzərindən bundan sonra da əsrlər, qərinələr keçsə belə, heç zaman unudulmayacaq, heç zaman yaddaşlardan silinməyəcək. Artıq 31 mart təqvimdə də qara günlərimizdən biri-Soyqırımı günü kimi yer almaqdadır.

 

Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakmiyyətə qayıdışından sonra 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi tanındı, bununla bağlı fərman verildi və hər ilin 31 mart tarixində Azərbaycan daxil olmaqla, dünyanın hər yerində, azərbaycanlıların məskunlaşdıqları bütün ölkələrdə 1918-ci ilin mart qırğınları və bu qırğınlar zamanı şəhid olmuş vətən övladları anılır, yad edilir,  onların ruhlarına dualar oxunur. Şəhidlərimizin qanı ilə qurulmuş ilk müstəqil dövlətimiz, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süquta uğradılmasından, Azərbaycanın növbəti dəfə ilhaqından sonra da xalqımız şəhidlər verməkdə davam etdi. Sovet quruluşuna qarşı Gəncədə və Şəkidə baş verən üsyanlarda xeyli sayda insanımız qətlə yetirildi, öldürüldü, şəhid oldu.  Eyni zamanda, 1988-ci ilin yanvar-fevral aylarında erməni şovinistlərinin Azərbaycana qarşı növbəti ərazi iddiası ilə başlayan və təəssüflər olsun ki, ikili standartlar üzündən hələ də ədalətli həllini tapmayan Qarabağ münaqişəsi və eləcə də, həmin vaxtdan vüsət alan növbəti milli-azadlıq mübarizəsi nəticəsində yenidən şəhidlər verməyə başladıq. Qarabağ münaqişəsi başlayandan bu yana-son 31 il ərzində on minlərlə vətən övladı Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı yolunda canından keçdi, şəhid oldu. Minlərlə azərbaycanlı yaralandı, xəsarət aldı, ömürlük şikəst, əlil oldu, yüzlərlə insanımız əsir, itkin düşdü və itkin düşən vətəndaşlarımızın hələ də çoxundan xəbər-xəbər yoxdur.

 

Erməni qaniçənləri və onların qanlı havadarları ötən illər ərzində çoxsaylı terraktlar-hava, dəniz limanlarında, dəmiryolu, avtobus vağzallarında, metroda qanlı terror əməlləri törətdilər, yüzlərlə vətən övladını itirdik. Bağanıs Ayrım, Xocalı, Daşaltı, Ağadaban, Meşəli, Cəmilli, Qaradağlı, 20 noyabr və sair, faciələri, soyqırımları həyata keçirildi və bu faciələrdə, qanlı soyqırımı aktlarında şəhid düşənlərimizin sayı mini keçməkdədir.

 

Həmçinin, keçmiş SSRİ rəhbərliyinin, Azərbaycan xalqına qənim kəsilmiş ermənipərəst Qorbaçov hakimiyyətinin 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda, ondan bir neçə gün sonra isə Lənkəranda və Neftçalada törətdiyi qırğınlar, çoxsaylı şəhidlərimiz heç zaman və heç vaxt yaddaşlardan silinməyəcək, tarixdə gizlədilməsi mümkün olmayacaq qanlı hadisələrdir və xalqımız, müstəqil dövlətimiz yaşadıqca, əbədiyyən var olduqca, həmin qətliamlar, qanlı hadisələr də bizimlə yaşayacaq, xatırlanacaq, yad ediləcək. Müqəddəs şəhidlərimiz, bu gün Bakımızın Dağüstü Parkında-Şəhidlər Xiyabanında, eləcə də, ölkəmizin hər bir rayon və şəhərində, kənd və qəsəbəsində insanların and yerinə çevrilən şəhidlər xiyabanlarında uyuyan şəhidlərimiz anılacaq, onların əziz ruhlarına fatihələr, dualar oxunacaq.

 

Eyni zamanda, Qarabağ savaşı, Qarabağ münaqişəsi bu gün də davam etməkdə, bu gün də şəhidlər verməkdəyik. Mübariz İbrahimovlar, Raquf Orucovlar və digər vətən övladlarımız, şəhidlərimiz bu gün bizim, Azərbaycan xalqının and yeridir, baş tacımızdır. Məhz belə oğulların, vətən övladlarının, 2016-cı ilin Aprel döyüşlərində, Aprel zəfərində, Lələtəpənin, Cocuq Mərcanlının azad olunmasında, eləcə də, bir neçə ay öncə, 2018-ci ilin yayında uğurlu Cünnüt əməliyyatında canından keçən igidlərimizin sayəsində Azərbaycanımız, şəhidlərin qanı, canı ilə 1991-ci ildə ikinci dəfə istiqlalına qovuşan məmləkətimiz ötən 28 ildə öz ayaqları üzərində dimdik dayana, nəinki yerləşdiyi bölgənin, dünyanın ən inkişaf etmiş, lider dövlətlərindən birinə çevrilib.

 

Düzdür, ötən illər ərzində dünyanın ikili standatları, Ermənistanın desrtuktiv, dağıdıcı fəaliyyəti, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olduqları iddia edilən ATƏT-in Minsk qrupunun dişsizliyi, qətiyyətsizliyi, bəsirətsizliyi, bir çox hallarda da işğalçı ilə işğala məruz qalanı eyniləşdirməsi üzündən Qarabağ probleminin həlli mümkün olmayıb, ancaq bununla belə, Azərbaycan dövləti, ölkə prezidenti yenə sülh danışıqlarına üstünlük verməkdə, paralel olaraq, Azərbaycanın ordu quruculuğunu gücləndirməkdə, müdafiə, döyüş qabiliyyətini artırmaqda, yüksəltməkdədir. Bu gün Azərbaycan dövləti və Azərbaycan ordusu düşmənin istənilən həmləsinə  cavab vermək, onu geri oturtmaq gücündə və qüdrətindədir. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Cünnüt əməliyyatı Azərbaycan dövlətinin və Azərbaycan ordusunun nələrə qadir olduğunu və ola biləcəyini bir daha dünyanın gözləri önünə sərdi. Bütün dünyaya nümayiş etdirildi və bir daha sübut edildi ki, Azərbaycan xalqı və Azərbaycan dövləti öz ərzilərinin bir qarışını belə kimsəyə güzəştə getmək niyyətində deyil və bunu gözləməyin özü belə ən böyük yanlışlıqdır…

 

Azərbaycan prezidentinin də bəyan etdiyi kimi, biz bundan sonra da öz hərbi gücümüzü artıracağıq:

 

“Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Biz istəmirik ki, şəhidlər olsun, istəmirik ki, gənclərimiz şəhid olsun. Münaqişəni sülh yolu ilə həll etmək üçün həm siyasi, həm iqtisadi, həm hərbi güc olmalıdır. Bu gün bu üç amil var və ölkəmizi gələcəyə aparır…”.

 

-Ziyad müəllim, bu gün  bəs Azərbaycan dövlətinin şəhidlərə, şəhid ailələrinə münasibətini necə dəyərləndirərdiniz, bu münasibət Sizcə, qənaətbəxşdirmi, yetərincədirmi?  Bəzən bununla da bağlı narahatçılıqlar ifadə olunur…

 

 -Bilirsiniz, şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində ən əsas və ən önəmli prioritetdir. Bu, Ümummilli liderimiz  Heydər Əliyevin müəyyənləşdirdiyi  siyasi-mənəvi yoldur. Xatırladım ki, Ulu öndərimizin təşəbbüsü ilə “Şəhid adının əbədiləşdirilməsi haqqında” qanun qəbul olunmuşdu və bu qanun  məhz Heydər Əliyevin  1993-cü il 3 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmişdi. Bütövlükdə, Ümummilli liderimiz Heydər Əliyevin siyasətində şəhid ailələrinə dövlət qayğısı xüsusi yer tutmuşdur.

 

Hazırda Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. 2003-cü ildən indiyə qədər bu istiqamətdə görülən işlər bunu sübut edir. Bilirsiniz ki, ötən il keçirilmiş prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyevin imzaladığı ilk Fərman şəhid ailələri ilə bağlı oldu. Yanvarın 28-də şəhid ailələri ilə görüşündə çıxışı zamanı da dövlət başçısı bunun  təsadüfi olmadığna diqqət çəkdi.

 

O, “Mən istənilən sahə üzrə fərman imzalaya bilərdim. İqtisadi sahə üzrə, xarici siyasət, sosial məsələlərlə bağlı. Ancaq mən hesab etdim ki, birinci Fərman şəhid ailələri ilə bağlı olmalıdır. Bu Fərman əsasında 10 minə yaxın şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulur. Yenə də deyirəm, mən heç bir ölkə ilə Azərbaycanı müqayisə etmək istəmirəm, ancaq bu da həqiqətdir ki, Azərbaycan bir çox ölkələrə bu sahədə nümunə göstərir”-deyərək, bildirdi ki, artıq ödəmə prosesi başlayıb və verilən məlumatlara görə, üç mindən çox şəhid ailəsi 11 min manatı alıb.

 

“Ancaq bu proses zamanı məlum oldu ki, vaxtilə müavinəti alan vətəndaşların aldıqları məbləğ bu gün verilən məbləğlə üst-üstə düşmür. Yəni, o illərdə – 1990-cı illərin əvvəllərində rəqəm böyük olsa da, – o vaxt 50 min manat nəzərdə tutulurdu, – ancaq o vaxtın 50 min manatı bu günün 11 min manatı ilə heç də müqayisə oluna bilməz”–deyəndövlət rəhbəri  bu məsələ ilə də bağlı ictimaiyyətə öz fikrini çatdırdığını dedi və bildirdi ki,  məsələ ciddi araşdırılmalıdır və burada iki əsas amil üstünlük təşkil etməlidir: qanun və ədalət.

 

Dövlət başçısı sonra “Bir tərəfdən, vaxtilə bu müavinəti alan vətəndaşlar bu siyahıya daxil edilməməlidir, bunu qanun və qaydalar tələb edir. Digər tərəfdən, biz bütün məsələləri ədalətli həll etməliyik, bütün məsələlərə sosial ədalət prizmasından yanaşmalıyıq. Bunu nəzərə alaraq, mən bu gün yeni Fərman imzaladım. Bu Fərman əsasında 11 min manatı alacaq vətəndaşların sayı 2725 nəfər artırıldıOnların içərisində təbii ki, vaxtilə müavinəti az məbləğdə alan vətəndaşlardır və ümumiyyətlə, siyahıya düşməyən daxili işlər orqanları şəhid ailələrinin nümayəndələridir”-dedi və sözlərinə əlavə etdi ki,  həmin vətəndaşların  da sayı 460-dan çoxdur.

 

İndiyə qədər 7 minə qədər şəhid ailəsi mənzillə təmin olunub. Təkcə keçən il 626 şəhid ailəsinə yeni mənzillər, yeni evlər verilib. Bu il isə əlavə 800 şəhid ailəsinə yeni mənzillər, evlər veriləcək. Beləliklə, növbəti bir neçə il ərzində bütün şəhid ailələri evlərlə, mənzillərlə təmin ediləcəklər.  Dövlət başçısının dediyi kimi, “bir dənə də şəhid ailəsi qalmayacaq ki, dövlət ona ev və ya mənzil verməsin”.

 

Bununla yanaşı, şəhid övladlarının  təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət, pensiya ilə yanaşı Prezident təqaüdü verilir. Eyni zamanda, şəhid adının əbədiləşdirilməsi ilə bağlı addımlar atılır, onların əziz xatirəsi  daim yad edilir.

 

– Yeri gəlmişkən, Sizin də xatırlatdığınız kimi, ölkə prezidenti İlham Əliyev və birinci xanım, birinci vitse-prezident Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşdülər. Bu görüşün əhəmiyyəti nədən ibarətdir?

 

– Bu görüş bir daha göstərdi ki, Prezident İlham Əliyev şəhid ailələrinə nə qədər böyük qayğı, hörmət və ehtiram göstərir. Bu görüşün sosial-siyasi əhəmiyyəti ilə yanaşı milli-mənəvi, vətənpərvərlik baxımından da çox böyük önəmi var. Görüş zamanı dövlət başçısı vətəndaşların sosial məsələlərinin bundan sonra da diqqət mərkəzində olacağını bildirdi. Cənab Prezident xüsusilə vurğuladı ki, Azərbaycan xalqı şəhidlərimizlə fəxr edir, şəhidlərimiz daim bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaqdır. “Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir. Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim”-deyən, ölkə başçısı ölkəmizdə vətəndaşların sosial rifahının daim diqqət mərkəzində olduğunu vurğuladı.

 

Görüşdə şəhid ailələrinə dövlət tərəfindən verilən dəstək bir daha vurğulandı. Qeyd olundu ki, bu günə qədər 6650 şəhid ailəsinə dövlət tərəfindən mənzillər, evlər, 6 mindən çox şəhid ailəsinə minik avtomobilləri verilib. Yəni, bu, dövlətimizin şəhid ailələrinə olan münasibətinin təzahürüdür. Bu proses davamlı olacaq. Ümumiyyətlə, cənab Prezidentin fikirləri bütün cəmiyyətimiz üçün mesajdır ki, hər kəs şəhid ailələrinə hörmətlə yanaşmalıdır.

 

Eyni zamanda, ölkənin birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərə, şəhid ailələrinə, müharibə əlillərinə münasibəti, diqqət və qayğısı hər bir kəs üçün nümunə və örnəkdir. 2016-cı ilin uğurlu Aprel döyüşlərindən bir müddət sonra Mehriban xanım şəhid anaları ilə görüşü, onların dərdlərinə şərik çıxması,  şəhid analarını qucaqlaması, onları bağrına basması, şəfqətlə, ürək yanğısı ilə onları ovundurması əsl sadəlik və insanlıq nümunəsidir. Eyni zamanda, Aprel döyüşlərinin iştirakçıları, bu döyüşlərdə böyük igidlik, qəhrəmanlıq nümunələri gösrərmiş və əlil olmuş hərbçilərlə, əsgərlərlə görüşü Mehriban xanımın bu kateqoriyadan olan insanlara necə yüksək münasibət göstərməsinin, onlara necə böyük diqqət və qayğısının əyani və bariz nümunəsidir. Biz bunu Mehriban xanımın şəhid ailələri ilə görüşündə də bir daha gördük, müşahidə etdik.

 

Bunları deməkdə və xatırlatmaqda məqsədim odur ki,  istər Ulu öndərin dövründə, istərsə də, ölkə prezidenti İlham Əliyevin 16 illik hakimiyyəti dönəmində hər zaman şəhidlərə, şəhid ailələrinə, müharibə veteranlarına, müharibə əlillərinə böyük  qayğı və diqqət olub və bu gün də bu xətt davam , əsas priorptetlərdən birini təşkil etməkdədir. İndi kimlərsə, yəni,  ölkəmizin müstəqiliyini, müstəqil inkişafını həzm edən bilməyənlərin, anti-Azərbaycan dairələrin təsiri altına düşənlər bu işləri, bu qayğı və diqqəti görmürlərsə, görmək istəmirlərsə, şəhid, şəhidlər adından siyasi xal, kapital toplamaq üçün həqiqətləri yanlış səmtə döndərmək istəyirlərsə, çox böyük yanlışlığa və günaha yol verirlər. Çünki həqiqəti, reallığı danmaq, görməzdən gəlmək, onu kölgələmək, onun üzərini palçıqla suvamaq mümkün deyil və buna cəhd edənlərə də heç bir halda uğur, başucalığı gətirə bilməz, gətirməyəcək də. Artıq Azərbaycan xalqı hər şeyin fərqindədir, onu yalançı, saxta sözlərlə, vədlərlə yolundan döndərmək mümkün olan məsələ deyil.

 

Azərbaycan xalqı müdrikdir, qədirbiləndir, yaxşını pisdən, ağı qaradan ayırmağı bacarandır. Azərbaycan xalqı görür və bilir ki, kim kimdir, kim onun yanındadır, kim ona arxa-dayaqdır, kim ona sahib çıxır. Bu gün Azərbaycan xalqı bütün məsələlərdə olduğu kimi, bu məsələdə də dövlətinin, dövlət rəhbərinin yanındadır.Bu gün Azərbaycanda xalq-iqtidar vəhdətidir və bu vəhdətin, bu birgəliyin pozulmasına, əngəllənməsinə yönələn bütün cəhdlər bundan sonra da uğursuzluğa məhukum olacaq, fiaskoya uğrayacaq. Buna kimsənin zərrə qədər də şübhəsi olmasın (5 fevral 2019-cu il)

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...