Modern.az

FHN İsmayıllıda baş vermiş ağır yol qəzası barədə məlumat yayıb

FHN İsmayıllıda baş vermiş ağır yol qəzası barədə məlumat yayıb

26 Yanvar 2020, 12:32

Fövqəladə Hallar Nazirliyi (FHN) İsmayıllı rayonunda baş vermiş ağır yol qəzası barədə məlumat yayıb.

 

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonunda “Mercedes” markalı sərnişin avtobusu və “ВАЗ” markalı minik avtomobili toqquşması barədə məlumat daxil olub.

 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “ВАЗ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu