Modern.az

Novruz Aslanov daha 2 kənddə oldu - FOTOLAR

Novruz Aslanov daha 2 kənddə oldu - FOTOLAR

Aktual

27 Yanvar 2020, 09:59

86 saylı İsmayıllı seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə namizəd Novruz Aslanov bazar günü də təşviqat qrafikinə uyğun olaraq kəndlərə səfərlərini davam etdirib.

 

Modern.az xəbər verir ki, N.Aslanov yanvarın 26-da İsmayıllı rayonunun Vəng və Ruşan kəndlərində seçiciləri ilə görüşüb.

 

Bu günə kimi 39 kənddə seçki təşviqatı aparılıb və Novruz Aslanov seçiciləri ilə görüşüb.

 

Kəndlərdə görüşə gələn seçicilər öncə Novruz Aslanovu salamlayaraq onun hər il kəndlərinə gəldiyini yada salaraq bu diqqətin davamlı olmasını arzuladılar. Səmimi mühitdə baş tutan görüşdə Novruz Aslanov bölgələrin son illər daha da inkişafından, infrastruktur layihələrinin icrasının davamlı olmasından, qanunvericilik sahəsində daha mükəmməl qanunların yaradılmasından söhbət açdı. Bu işlərin dövlət başçısının şəxsən nəzarətində olduğunu və əlaqədar hökumət strukturlarının bu işlərin icrasının müvafiq dövlət proqramları çərçivəsində həll edildiyini bildirdi.

 

Sakinlər əsasən təbii qaz və yol problemini qaldırdılar. Novruz Aslanov bu problemlərin həlli üçün müvafiq qurumlar tərəfindən zəruri işlərin aparıldığını bildirdi və mərhələli şəkildə həll olunacağını bildirdi.

 

Məlumat üçün bildirək ki, kəndlərdəki görüşlər növbəti günlərdə də davam etdiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı