Modern.az

AŞPA-da Azərbaycanla bağlı məsələlər müzakirəyə çıxarılacaq

AŞPA-da Azərbaycanla bağlı məsələlər müzakirəyə çıxarılacaq

27 Yanvar 2020, 11:16

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 27-31 yanvar tarixlərində Strasburqda keçiriləcək qış sessiyası bu gündən öz işinə başlayır.

 

Sessiyanın ilk günündə Assambleyanın prezidenti və vitse-prezidentləri seçiləcək, həmçinin komitələrin üzvləri təyin ediləcək.

 

AŞPA Bürosu və Daimi Komitəsinin hesabatları, Belarusda keçirilmiş erkən parlament seçkiləri ilə bağlı müşahidə missiyasının rəyi təqdim olunacaq.



Bundan əlavə, sessiya çərçivəsində Gürcüstan Prezidenti Salomi Zurabişvili, Moldova Prezident İqor Dodon çıxış edəcək, parlamentarilərin suallarını cavablandıracaqlar.

 

Azərbaycanın AŞPA-kı nümayəndə heyətinin üzvü Sabir Hacıyev Modern.az-a açıqlamasında bildirib ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin fevralın 9-na təyin olunması nümayəndə heyətinin səfərini təxirə salmayıb:

 

“Nümayəndə heyətinə deputatlardan Səməd Seyidov, Asim Mollazadə, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Naqif Həmzəyev, Rafael Hüseynov və mən daxildir. Ülviyyə Ağayeva isə AŞPA-ya getməyib”.

 

Sabir Hacıyev bildirib ki, gündəlikdə vacib məsələlər var:

 

“Bir həftə ərzində deputat həmkarlarım da çıxış edəcəklər. Cənubi Qafqaz ölkələrinin məsələləri də gündəlikdə var. Həmçinin, Azərbaycanla bağlı məsələləri də müzakirəyə çıxaracağıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır