Modern.az

Əfqanıstanda sərnişin təyyarəsi qəzaya uğradı - 83 nəfər...

Əfqanıstanda sərnişin təyyarəsi qəzaya uğradı - 83 nəfər...

Dünya

27 Yanvar 2020, 14:55

Herat-Kabul reysi ilə hərəkət edən “Ariana Afghan Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 13:10-da Əfqanıstanın şərqində, Qəzni vilayətinin Deh Yak rayonunda baş verib. 

 

Təyyarənin içərisində 83 sərnişin olub.

 

Qəzanın baş verdiyi əraziyə “Taliban” qüvvələri nəzarət edir.

 

Hadisə yerinə Əfqan xüsusi təyinatlıları göndərilib.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat