Modern.az

2020-ci ilin fəlakətli YANVARI

2020-ci ilin fəlakətli YANVARI

Dünya

28 Yanvar 2020, 09:31

2020-ci ilin ilk ayını başa vurmaq üzrəyik. 2019-u yola salıb, 2020-ni bütün dünyaya sülh, əmin-amanlıq, qəzasız-bəlasız günlər diləyərək, qarşıladıq. Lakin heç bir şey dilədiyimiz kimi olmadı. Yeni ilin ilk ayında bir çox fəlakətə, itkiyə şahid olduq.

 

Modern.az yanvar ayı ərzində baş verən və dünyada müzakirələrə səbəb olan önəmli hadisələri təqdim edir.

 

Əfsanəvi basketbolçu Kobi Brayant yanvarın 26-sı ABŞ-ın Kaliforniya ştatında helikopter qəzası nəticəsində 13 yaşlı qızı ilə birlikdə həlak oldu.

 

Yanvarın 24-də Tükiyənin Elazığ əyalətində 6.8 bal gücündə zəlzələ baş verdi. Episentri Sivricə rayonunda olan və ətraf ərazilərə də təsir edən zəlzələ nəticəsində 40 nəfər öldü. Dağıntılardan hələ ki 45 nəfəri xilas etmək mümkün olub. Axtarış-xilasetmə işləri davam etdirilir.

 

Çinin Uhan şəhərində yayılan naməlum virus dünyada çaxnaşmaya səbəb oldu. Yoluxduğu insanlarda ağciyər problemlərinə səbəb olan və artıq ən az 15 ölkədə də aşkarlanan koronavirus çox sayda insanın həyatına son qoydu.

 

Avstraliyada 27 nəfərin ölümünə, milyonlarca heyvanın məhvinə, 6 milyon hektardan çox ərazinin yanmasına səbəb olan meşə yanğınlarının ardından bölgə sel, qum fırtınası və dolu ilə üzləşdi.

 

Yanvarın 8-də İranda Ukrayna Hava Yollarına məxsus “Boeing 737” sərnişin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğradı, 167 sərnişin, 9  ekipaj üzvü həlak oldu. Qəzadan sağ qurtulanların olmadığı açıqlandı.

 

Yanvarın 3-də ABŞ pilotsuz təyyarəsindən endirilən dəqiq raket zərbələri nəticəsində İranın İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Əl-Qüds” briqadasının komandiri, əfsanəvi general Qasım Süleymani öldürüldü.

 

Əfsanə ŞƏRİF

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar