Modern.az

Rusiyalı ekspert XİN rəhbərlərinin görüşündən ÜMİDSİZDİR: “Ortaq gündəlik yoxdur”

Rusiyalı ekspert XİN rəhbərlərinin görüşündən ÜMİDSİZDİR: “Ortaq gündəlik yoxdur”

Dünya

28 Yanvar 2020, 12:20

Rusiya Siyasət və Hərbi Analiz İnstitutunun direktorunun müavini, politoloq Aleksandr Xramçixin Dağlıq Qarabağ münaqişəsinin hazırkı fazası barədə danışıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o ətraf regionlardakı gərginliyi nəzərə alaraq, Qarabağda yeni müharibənin ciddi fəsadlara yol açacağını əlavə edib.

 

“Qarabağ münaqişəsində iştirak edən ölkələrdəki siyasi dəyişiklikləri də bura aid etməliyik. Münaqişə tərəfləri Qarabağ məsələsinin hərbi yol ilə həlli cəhdinin hansı nəticələr doğura biləcəyini yaxşı anlayır və buna görə özlərini ehtiyatlı aparırlar. Buna görə, yaxın vaxtlarda məsələsinin hərbi yolla həlli ehtimalını cüzi sayıram”.

 

Xramçixin Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü bu kontekstdə müsbət dəyərləndirib. Amma ekspert bu görüşdən nəticə gözləmədiyini də əlavə edib.

“İnamsızlığım danışıqlarda münaqişənin sistemli və dərin məsələlərinə aid predmet danışıqların olmamasına görədir. Tərəflərin mövqeyində ortaq gündəliyin olmaması, maksimalist gözləntilər və kompromisi qəbul etməmək istəyi var. Bu baxımdan, xarici işlər nazirlərinin görüşü hərbi potensialı daha da gücləndirmək üçün vaxt uzatmaq niyyətidir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır