Modern.az

Koronavirusdan qorunmaq üçün 5 MƏSLƏHƏT

Koronavirusdan qorunmaq üçün 5 MƏSLƏHƏT

Aktual

28 Yanvar 2020, 14:20

Çin həftələrdir ki, koronavirusla mübarizə aparır. Son xəbərlərə görə, koronavirusdan ölənlərin sayı 106-ya çatıb. Bəs bu virus haqqında nə bilirik? Koronavirus insana necə yoluxur, simptomları nələrdir? Bu virusa yoluxmamaq üçün hansı tədbirlər görülməlidir?

 

Modern.az xarici mediaya istinadən koronavirus haqqında məlumatları təqdim edir:

Mərkəzi Çinin Uhan şəhəri olan epidemiya səbəbi ilə hökumət 56 milyon insanın yaşadığı onlarla şəhəri karantinə alıb. Bu virusa 2744 nəfər yoluxub ki, onların da əksəriyyəti Çinin Hubey əyalətində, Uhan və ətraf şəhərlərdədir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun soyuqdəymə simptomları ilə başlayan və ciddi problemlərə səbəb olan MERS və SARS virusları ilə eyni tipli olduğunu deyir. Bu viruslar heyvanlar və insanlar arasında yoluxur.

Bəs virusun adı haradan gəlir? Korona latınca “tac” mənasını verir. Virusa mikroskopda baxıldıqda onun forması işıq şüası şəklində tacı xatırladır. Yanvarın 7-də aşkarlanan və 2019-nCoV adlandırılan virus daha öncə insanlarda rast gəlinməmiş yeni növdür.

 

Koronavirus özünü öskürək, qızdırma, nəfəs almaqda çətinlik simptomları ilə göstərir .

Çinin səhiyyə işçiləri hələ də virusun mənbəyini aydınlaşdırmağa çalışır. Amma mütəxəssislər virusun mənbəyinin Uhanda qanunsuz heyvan ticarəti ilə məşğul olan dəniz məhsulları bazarının olduğunu iddia edib.

ÜST epidemiyanın hələlik qlobal fövqəladə vəziyyət üçün əsas yaratmadığını açıqlayıb. 2005-ci ildən bəri 5 qlobal fövqəladə vəziyyət elan edilib. 2009-cu ildə donuz qripi, 2014-cü ildə Polio və Ebola, 2016-cı ildə Zika və 2019-cu ildə yenidən Ebola virusu bunun üçün əsas olub.

 

Konkret bir müalicəsi və peyvəndi olmayan virusa məruz qalmamaq və yoluxma sayını azaltmaq üçün sadə tədbirlər görülməsi tövsiyə edilir:

- Asqırarkən və ya öskürərkən ağzınızı və burnunuzu tutun.

- Qızdırması olan və ya öskürən bir insanla yaxın təmasda olmayın.

- Qızdırmanız varsa, öskürürsünüzsə və nəfəs almaqda çətinlik çəkirsinizsə, dərhal xəstəxanaya gedin və səyahətdə olmusunuzsa, bunu da həkimə deyin.

 - Çiy və az bişmiş ət və ət məhsullarından uzaq durun.

 - Əllərinizi tez-tez spirtlə silin, yaxud da ilıq su və ya sabunla yuyun.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir