Modern.az

Moskvada azərbaycanlı iş adamı amansızlıqla qətlə yetirildi

Moskvada azərbaycanlı iş adamı amansızlıqla qətlə yetirildi

28 Yanvar 2020, 14:36

Rusiya paytaxtı Mosjvada azərbaycanlı iş adamı Mahir Əsgərov qətlə yetirilib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, şəhərin Qaribaldi küçəsində qeydə alınan qətl anı müşahidə kamerasının obyektivinə düşüb.

 

Üzü bağlı şəxs iş adamına jücum edərək ona 18 bıçaq zərbəsi endirir, daha sonra məhləni tərk edir.

Döş qəfəsinə endirilən 4 bıçaq zərbəsi Mahir Əsgərov üçün ölümcül olub. Azərbaycanlı iş adamının meyvə, tərəvəz və geyim biznesi ilə məşğul olduğu, Nijni Novqodor şəhərində yaşadığı bildirilir. Moskvaya o, qızı və nəvəsini görmək üçün tez-tez gəlirmiş.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?