Modern.az

Füzuli istiqamətində erməni əsgəri özünü güllələdi

Füzuli istiqamətində erməni əsgəri özünü güllələdi

Qarabağ

29 Yanvar 2020, 10:24

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ torpaqlarında Ermənistan ordusunun 20 yaşlı əsgəri yaralanıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə gecə saatlarında təmas xəttinin cənub-şərq istiqamətində (Füzuli rayonu) Azərbaycan ordusu ilə üzbəüz mövqelərdə baş verib. Nver Armanoviç Avetisyan (2000-ci il) güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Ağır vəziyyətdə hərbi hospitala aparılan əsgərin intihara cəhd etdiyi ehtimal olunur.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!