Modern.az

Bakıda erməni deputatlardan həyasızlıq

Bakıda erməni deputatlardan həyasızlıq

3 Aprel 2012, 15:58

Modern.az-ın məlumatına görə, AVRONEST Parlament Assambleyasının bu gün Azərbaycan  Milli Məclisində start götürən ikinci sessiyasında iştirak edən Ermənistan nümayəndə heyətinin üzvi, deputat Naira Zöhrabyan sessiya iştirakçılarına Azərbaycan əleyhinə məlumat əks olunan vərəqələr paylayıb .

  Erməni nümayəndə heyətinin rəhbəri Vahan Ovenesyan isə sessiya başlayan kimi sərsəmləyərək Azərbaycanda nifrətlə qarşılandıqlarını, onların faşistlərlə eyniləşdirildiyini qeyd edib. O, bunun iclasın protokoluna salınmasını istəyib. AVRONEST PA-nın prezidenti bu sayıqlamanın protokola salınacağını deyib.  

Qeyd edək ki, AVRONEST PA-nın ikinci sessiyasına Avropa ölkələrindən 200-dək nümayəndə, o cümlədən deputatlar, ictimai xadimlər, Avropa Parlamentində təmsil olunan siyasi partiyaların təmsilçiləri iştirak edirlər.  

Modern.az
   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?