Modern.az

16 yaşlı qız gəlin köçdüyü evdə öldü

16 yaşlı qız gəlin köçdüyü evdə öldü

29 Yanvar 2020, 16:15

Masallı rayonunda 16 yaşlı qız gəlin köçdüyü evdə ölüb.

 

Modern.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Rayonun Həsənli kənd sakini olan nikah yaşına çatmayan qız iki həftə öncə Xoşçobanlı kəndindən olan oğlanla evləndirilib.

 

Onlar üçün təmtəraqlı toy məclisi də qurulub. Hazırda qızın meyiti daxili müayinə üçün ekspertizaya verilib.

 

Masallı Rayon Prokurorluğundan "Qafqazinfo"ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda faktla bağlı araşdırmalar aparılır.

 

Qeyd edək ki, vəfat edən qızın 2003-cü il təvəllüdlü Qəmbərova Fatimə Mayıs qızı olduğu bildirilir. Masallı Rayon İcra Hakimiyyətindən verilən məlumatda mərhum qızın 16 yaşı olduğunu qeyd edilib:

 

“Qız toyu olan vaxt bizə məlumat daxil oldu. Biz də bu barədə polisə məlumat verdik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır