Modern.az

Ərə verilən 16 yaşlı qız qəsdən öldürülüb - RƏSMİ

Ərə verilən 16 yaşlı qız qəsdən öldürülüb - RƏSMİ

Hadisə

29 Yanvar 2020, 17:37

Masallıda 16 yaşlı qızın ərə verildikdən bir neçə gün sonra ölməsi ilə bağlı araşdırmalara başlanıb.

 

Masallı rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, yetkinlik yaşına çatmayan qızın meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertizasına təqdim edilib.

 

Araşdırma nəticəsində qızın qəsdən öldürüldüyü məlum olub. Bu səbəbdən də faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı