Modern.az

Laçınlı məcburi köçkünün 20 inəyi yanıb - FOTO

Laçınlı məcburi köçkünün 20 inəyi yanıb - FOTO

Hadisə

30 Yanvar 2020, 12:43

Yanvarın 30-u səhər saatlarında Ağcabədinin Şənlik kəndində, peşə məktəbi adlanan ərazidə yanğın baş verib.

 

Kənd sakinlərindən Modern.az-a daxil olan məlumatda bildirilib ki, hadisə yerinə yanğınsöndürənlər cəlb olunsa da, yanğının qarşısını almaq mümkün olmayıb.

 

Yanğın nəticəsində Şənlik kəndində məskunlaşmış laçınlı məcburi köçkün Axundovlar ailəsinə məxsus 20 baş iribuynuzlu mal-qara, iki at tələf olunub və 1500 ot presi yanıb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu