Modern.az

Köçkünlərin ən çox məskunlaşdıqları rayonlar - SİYAHI

Köçkünlərin ən çox məskunlaşdıqları rayonlar - SİYAHI

4 Aprel 2012, 09:47

Modern.az-ın əməkdaşı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayaraq torpaqlarımızın ermənilər tərəfindən işğalından sonra qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın daha çox hansı bölgələrdə məskunlaşdıqları ilə maraqlanıb.

Verdiyimiz sorğudan üç ay keçsə də saytımıza konkret rəqəm deyilməyib ki, hansı bölgədə neçə qaçqın və məcburi köçkün yaşayır.

Ancaq komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov ən çox qaçqın və məcburi köçkünün Bakı şəhərində məskunlaşdığını bildirib. Onun sözlərinə görə bu sıralamada ikinci yerdə Bərdə, üçüncü yerdə isə Sumqayıt şəhəri dayanır.

Komitə sözçüsü qaçqın və məcburi köçkünlərin ən çox məskunlaşdıqları ilk on bölgənin adını açıqlayıb:

Bakı, Bərdə, Sumqayıt, Abşeron, Ağdam, Füzuli, Biləsuvar, Ağcabədi, Mingəcevir, Beyləqan ...

E.Qədimov bu barədə komitənin müvafiq şöbəsində konkret məlumatların olmadığını bildirib. Bundan əlavə o qeyd edib ki, qaçqın və məcburi köçkünlərin qeydiyyat olunduqları yerdə faktiki yaşamamaları da dəqiq nəticəni verməyə maneçilik törədir.

“Qaçqın və məcburi köçkünlər üçün müəyyən güzəştlər var. Məsələn, onlara qaz, işıq ilə bağlı ödənişlər edilərkən problemlər yaranmasın deyə onun qeydiyyatda olduğu yerə deyil, faktiki yaşadığı yerə ödənilir. Məsələn, hər hansı məcburi köçkün Bərdədə qeydiyyatdadır, amma Bakıda yaşayır. O zaman onun güzəştləri Bakıda tətbiq edilir. Bu da onların say məsələsini dəqiqləşdirməkdəı çətinlik yaradır”.

 

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir