Modern.az

DYP Ədalət Şükürovla bağlı araşdırma aparacaq: “Məsuliyyətə cəlb oluna bilər” - VİDEO

DYP Ədalət Şükürovla bağlı araşdırma aparacaq: “Məsuliyyətə cəlb oluna bilər” - VİDEO

31 Yanvar 2020, 09:55

Əməkdar artist Ədalət Şükürov Bakı Nəqliyyat Agentliyini (BNA) vəzifəsinin öhdəsindən gəlməməkdə ittiham edib. Əməkdar artist sosial şəbəkədə paylaşdığı videoda bunları deyib:

 

“Əziz dostlar, mən indi “20Yanvar dairəsi”ndəyəm, yarım saatdır tıxacda dayanmışam. Bakı Nəqliyyat Agentliyi təzə yem tapıb. Bunlar heç nə etmirlər. Kameraları qoyublar, dayanırlar mərkəzdə və pul yığırlar. Bunların başqa işi yoxdur, mən bilmirəm bunlar nə ilə məşğuldurlar. Bir dəfə də olsun onları “20 yanvar dairəsi”ndə görməmişəm. Maairfləndirmə ümumiyyətlə yoxdur. Sağ olsun bizim Dövlət Yol Polisi həmişə burada fəaliyyətini göstərir. Amma buna baxmayaraq, Bakı Nəqliyyat Agentliyi ancaq mərkəzdə pul yığır. Gəlin bura da, niyə gəlmirsiz?!”

 

Videodan da aydın görünür ki, Əməkdar artist Bakı Nəqliyyat Agentliyini ittiham etdiyi müddətdə hərəkətdə olan nəqliyyat vasitəsində təhlükəsizlik kəməri taxmayıb. Başqasından haqq-ədalət tələb edən əməkdar artist, nədənsə özü qanunları heçə sayır... Yəqin dostu, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, Vaqif Əsədova çox güvənir. Əgər belə olmasaydı, dəfələrlə zəng edib məsələyə münasibət öyrənmək istəklərimizə Vaqif Əsədov Ədalət Şükürovun adını eşidən kimi “dərsdəyəm, tələsirəm, cavab verməyə vaxtım yoxdur”, deyərək, dəstəyi asmazdı.

 

Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə məsələyə peşəkarcasına yanaşaraq, hər kəsin qanunlara tabe olmalı olduğunu  xatırladıb:

 

“Sükan arxasında əyləşən hər bir sürücü kimliyindən, ictimai nüfuzundan asılı olmayaraq, qanuna tabe olmalı, təhlükəsizlik kəmərini taxmalıdır. Yayılan video araşdırılacaq. Əgər şəxsin təhlükəsizlik kəmərini taxmaması nəqliyyat vasitəsi hərəkətdə olduğu müddətdədirsə, təbii ki, sürücü məsuliyyətə cəlb oluna bilər”.

 

K.Əliyev qeyd edib ki, Ədalət Şükürov ictimaiyyətdə tanınmış adam olduğu üçün bu kimi məsələlərdə diqqətli olmalıdır:

 

“Biz həmişə demişik ki, ictimaiyyətdə tanınan insanlar yaxşı olar ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər. Xüsusilə təhlükəsizlik kəmərinin bağlanması ilə bağlı hərkətləri onları izləyənlər, pərəstişkarları üçün örnək, nümunə olar. Araşdırmadan, həmin şəxs dəvət edildikdən sonra onun haqqında hansısa tədbir görülə bilər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər