Modern.az

Milli Məclisin şair, yazıçı, rəssam, aktyor, müğənni, “KVN-şik” DEPUTATLARI

Milli Məclisin şair, yazıçı, rəssam, aktyor, müğənni, “KVN-şik” DEPUTATLARI

31 Yanvar 2020, 13:32

 

9 fevralda Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Milli Məclisin yenidən formalaşmasına az müddət qalıb. Hamıya bu dəfə kimlərin deputat mandatı qazanacağı maraqlıdır.

 

Milli Məclisin bütün çağırışlarında deputatlar arasında müxtəlif peşə sahibləri təmsil olunub. Onlardan bəziləri də xalqın sevimlisi olan məşhur sənət, ictimai fikir adamları olub. Onlar xalqa xidməti parlamentdə də davam etdirməyi seçiblər.

 

Modern.az Milli Məclisin deputatı olmuş həmin tanınmışları təqdim edir.

 

 

Parlamentdə ən çox təmsil olunan incəsənət nümayəndəsi Xalq artisti Zeynəb Xanlarovadır. O, Milli Məclisə keçirilmiş bütün seçkilərdə deputat mandatı qazanıb. 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərinə isə namizədliyini irəli sürməyib.

Azərbaycanın mərhum xalq şairləri Zəlimxan YaqubBəxtiyar Vahabzadə birinci və ikinci çağırış Milli Məclisin deputatı seçiliblər.

 

Mərhum Xalq şairi Vaqif Səmədoğlu isə birinci, ikinci və üçüncü çağırış Milli Məclisin deputatı olub.

Day.az saytının qurucusu, Bakı Şən və Hazırcavablar Klubunun mərhum prezidenti Anar Məmmədxanov da birinci, ikinci və üçüncü çağırış Milli Məclisin deputatı seçilib.

 

82 yaşlı Xalq şairi Musa Yaqub Milli Məclisə keçirilmiş ilk seçkilərdə mandat qazanıb.

 

82 yaşlı Xalq yazıçısı, ssenarist Anar da birinci və ikinci çağırış Milli Məclisin deputatı olub.

 

Mərhum Xalq artisti Amaliya Pənahova isə ikinci çağırış Milli Məclisdə təmsil olunub.

 

Məşhur heykəltəraş, xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov birinci çağırış Milli Məclisin deputatı olub.

 

Xalq yazıçısı, kinodramaturq, rejissor Maqsud İbrahimbəyov 1995, 2000 və 2005-ci illərdə millət vəkili seçilib.

 

Görkəmli aktyor, mərhum Xalq artisti Mikayıl Mirzə də birinci çağırış Milli Məclisə deputat seçilib. İkinci dəfə isə 2002-ci ildə əlavə seçki yolu ilə millət vəkili olub.

 

Məşhur müğənni, aktyor, Xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu isə 1995-ci ildə təkrar səsvermə yolu ilə birinci çağırırş Milli Məclisə deputat seçilib.

Xalq şairi Sabir Rüstəmxanlı da Milli Məclisin dörd çağırışında - 20 il deputat olub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir