Modern.az

Dünya ulduzlarının pərəstiş etdiyi 91 yaşlı nənə - FOTOLAR

Dünya ulduzlarının pərəstiş etdiyi 91 yaşlı nənə - FOTOLAR

Aktual

31 Yanvar 2020, 16:20

İnternet dövrü insanlara daha tez məşhur olmağa, daha geniş insan kütlələrinə çatmağa imkan verir.

Bütün dünyada gənclər sosial şəbəkələrdə birdən-birə fenomenə çevrilib, həyatlarını dəyişə bilir. Amma qoca yaşda fenomenə çevrilmək, yəqin ki, ələ düşən şey deyil. Amma hazırda 91 yaşı olan amerikalı nənə bunu bacarıb.

 

“İnstagram”da 3.5 milyondan çox izləyicisi olan Helen Elam 2014-cü ilə qədər ABŞ-ın Kentukki ştatının Vako şəhərində sakit bir həyat yaşayırdı. 6 hektarlıq bir ferması olan Helen bağçasına baxan, nəticələrinə qayğı göstərən, hər bazar günü kilsəyə gedən yaşlı bir nənə idi. Bir gün nəticəsi öz paltarlarını geyindirdiyi fotosunu çəkir və nənəsi üçün açdığı “İnstagram” hesabında yerləşdirir. Nənənin bu fotosu internetdə yayılır və o, gənclərdən geri qalmayan tərzi və enerjisi ilə reklam kampaniyalarının sevilən simalarından birinə çevrilir. Daha sonra Rihanna, Mayli Sayrus kimi dünya ulduzları da ona pərəstişkarlıq etməyə başlayır.

 

Özünə “Baddi Vinkl” ləqəbi götürən Helen rəngli, parlaq, ecazkar geyimləri ilə izləyicilərinin sevimlisi olub. Şəkilləri, videoları, tanınmış marka və məşhurlarla iş birliyi ilə sosial şəbəkələrdə əylənməyə və pul qazanmağa davam edir. O, həyat yoldaşının və oğlunun ölümündən sonra gündəlik həyatdakı bu rəngli tərzin onu həyata bağladığını deyir.

 

Modern.az onun İnstaqram fotolarını təqdim edir:

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır