Modern.az

“Rəsulzadənin məzarı Azərbaycana gətirilsin” – DİASPOR SƏDRİNDƏN TƏKLİF

“Rəsulzadənin məzarı Azərbaycana gətirilsin” – DİASPOR SƏDRİNDƏN TƏKLİF

31 Yanvar 2020, 17:55

Ukrayna dilində Rəsulzadənin həyat və yaradıcılığından bəhs edən kitab çap olunacaq

 

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 136-cı ildönümünə həsr olunan "Məhəmməd Əmin Rəsulzadə irsi Müstəqillik, Demokratiya və Dövlətçilik dəyərləri sistemində" mövzusunda  iki günlük beynəlxalq konfrans bu gün başa çatıb.

 

“Borcumuzu qaytaraq. M.Ə.Rəsulzadənin ev muzeyi” İctimai Qrupun təşkilatçılığı ilə keçirilən konfransda araşdırmaçı alimlər, ictimai xadimlər, Rəsulzadə irsinin xarici tədqiqatçıları, Azərbaycan diaspor təşkilatının nümayəndələri iştirak edib.

 

Modern.az xəbər verir ki, konfransa qatılan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov maraqlı təklif  səsləndirib.

O, Məhəmməd Əmin Rəsulzadənin məzarının Azərbaycana köçürülməsini təklif edib.

Diaspor sədri dövlət və dövlətçilik tarixi baxımından bunun mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib və xahiş edib ki, bu məsələ diqqətə alınsın: “Hesab edirəm ki, bu, dövlətçilik baxımından çox vacibdir. Azərbaycan tarixində böyük şəxsiyyətlərimiz olub ki, mütləq onları qorumalıyıq. 

Cənab Prezident İlham Əliyev də bu istiqamətdə mühüm addımlar atır. Biz, xaricdə yaşayan azərbaycanlılar bunu öz gündəlik həyatımızda daha yaxından hiss edirik.

Düşünürəm ki, Rəsulzadənin məzarının Azərbaycana köçürülməsinə heç bir maneə yoxdur”.

 

Diaspor sədri həmçinin bildirib ki , yaxın zamanlarda Ukraynada Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığından bəhs edən ukrayna dilində çitab çap edəcəklər.

 

  

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır