Modern.az

41 nəfərin öldüyü Elazığda yenidən zəlzələ oldu

41 nəfərin öldüyü Elazığda yenidən zəlzələ oldu

1 Fevral 2020, 00:02

Türkiyənin Elazığ əyalətində 3,9 bal gücündə zəlzələ baş verib.

Modern.az Türkiyə mediasına  istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 18:36-da Sivricə rayonunda qeydə alınıb.

Yeraltı təkanların ocağı 6,97 kilometr dərinlikdə yerləşib.

Qeyd edək  ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ  nəticəsində 41 nəfər həlak olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi