Modern.az

İngiltərə Çindəki diplomatlarını geri çağırdı  

İngiltərə Çindəki diplomatlarını geri çağırdı  

Dünya

1 Fevral 2020, 12:00

İngiltərə koronavirus səbəbi ilə Çindəki bəzi səfirlik və konsulluq işçilərini geri çağırıb.

 

Modern.az  Reuters-ə istinadən xəbər verir ki, İngiltərə hökuməti bəyanatında 31 yanvardan etibarən bəzi səfirlik və konsulluq işçilərinin Çindən çıxarılacağını deyib.

 

Bəyanatda vacib işləri davam etdirmək üçün lazım olan əsas heyətin orada qalacağı bildirilib.

 

Qeyd edək ki, ABŞ-ın Xarici İşlər Naziliyi də yanvarın 31-dən etibarən səfirlik işçilərinin 21 yaşdan aşağı ailə üzvlərinin Çini dərhal tərk etmələrini tələb etmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır