Modern.az

Sabiq deputat seçicilərlə görüşə gedərkən QƏZAYA DÜŞDÜ - FOTO

Sabiq deputat seçicilərlə görüşə gedərkən QƏZAYA DÜŞDÜ - FOTO

Hadisə

1 Fevral 2020, 14:15

Milli Məclis deputatlığına namizəd Nazim Bəydəmirli yol qəzasına düşüb.

 

Modern.az xəbər verir ki,  bu barədə N.Bəydəmirlinin özü sosial şəbəkədə məlumat yayıb.

 

O, Gədəbəy rayonunun İsalı kəndindən seçicilərlə görüşdən qayıdarkən rayonun Fərzalı kəndində avtomobil qəzaya düşüb:

 

İsalı kəndindən görüşdən qayıdarkən Fərzalı kəndində yüngül qəza keçirdik, bu səbəbdən Zamanlı, Mor-Mor, Göyəmli kəndlərindəki görüşlərimizi təxirə salmalı olduq.. Deyəsən, xalqımız demiş "göz dəydi".. Sabahdan görüşlərimiz davam etdiriləcək, bu millətin yolunda ölümə də hazır olmalıyıq..". 

 

Qəza zamanı avtomobilə ciddi ziyan dəyib.

 

Qeyd edək ki, Nazim Bəydəmirlinin deputatlığa namizədliyi 104 saylı Gədəbəy - Tovuz seçki dairəsindən qeydə alınıb. O, 2005 - 2010-cu illərdə bu dairədən Milli Məclisin deputatı olub.

 

Mail AĞAXANOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi