Modern.az

Orta məktəblərdə vakant müəllim yerləri yoxdur - Ceyhun Bayramov

Orta məktəblərdə vakant müəllim yerləri yoxdur - Ceyhun Bayramov

Hadisə

1 Fevral 2020, 15:40

Müasir dövrün çağırışlarına uyğun olaraq, təhsil sisteminin qarşısında duran çağırışlar da dəyişməkdədir. Müəllimlərimiz, xüsusilə gənc müəllimlərimiz bu çağırışlara hazır olmalıdırlar.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birinci forumunda çıxış edən Təhsil naziri Ceyhun Bayramov deyib.

 

Onun sözlərinə görə, müəllimlər bu çağırışlara hazır olmaq üçün təşəbbüskar olmalı, daim öz üzərlərində çalışmalıdırlar.

 

Nazir əlavə edib ki, müəllimlərin özləri milli-mənəvi dəyərlərə sahib olmalı və özləri başqaları üçün bir nümunə olmalıdırlar: "İnsanın şəxsiyyət kimi formalaşmasında müəllimin böyük əməyi var. Bu baxımdan dövlət müəllimlərə böyük qayğı ilə yanaşır.

 

Azərbaycan müəllimləri hər zaman üzərlərinə düşən missiyasını yerinə yetirirlər, onlar öz həyatlarını gənclərin vətənpərvər ruhda böyüməsinə həsr edirlər".

 

Təhsilin inkişafı sahəsində ciddi uğurlara nail olduqlarını deyən nazir orta məktəblərdə artıq vakant müəllim yerlərinin 100 faiz tutulduğunu söyləyib.

 

Bununla yanaşı, 2019-cu ildə 500-dən yüksək bal toplayan hər 4 nəfər abituriyentdən biri müəllimlik peşəsini seçib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər