Modern.az

Londonda terror aktı: yaralılar var

Londonda terror aktı: yaralılar var

Dünya

2 Fevral 2020, 21:43

Londonun cənubunda naməlum şəxs bıçaqla ətrafdakılara hücum edib.

Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, Stretem rayonunda kişi silahlı polis zabitləri tərəfindən güllələnib.

Məlumatda bildirilir ki, bir neçə nəfər bıçaq xəsarəti alıb:

"Hadisənin başvermə şəraiti müəyyənləşdirilir. Hüquq-mühafizə orqanları hesab edirlər ki, hadisə terrorçuluqla əlaqəli ola bilər”.


Qeyd edək ki, yaralıların dəqiq sayı açıqlanmır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat