Modern.az

Vüqar Səfərli Şimali Kiprin Bakıdakı nümayəndəsilə razılıq əldə etdi

Vüqar Səfərli Şimali Kiprin Bakıdakı nümayəndəsilə razılıq əldə etdi

4 Aprel 2012, 18:07

Aprelin 4-də Prezident yanında Kütləvi İn­formasiya Vasitə­ləri­nin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin rəh­bəri Zəki Qazioğlu ara­sın­da görüş ke­çirilib. 

Fondun icraçı direktoru tarixi tellərlə bir-birinə bağlı olan Azərbaycan Respublikası ilə Şi­mali Kipr Türk Cümhuriyyəti arasında əlaqələrin son illərdə bütün sahələrdə sürətlə inkişaf etdiyini, münasibətlərdə keyfiy­yətcə yeni mərhələnin yarandığını razılıqla qeyd edib. Qarşılıqlı faydalı əlaqələrin tək­cə iqtisadi-siyasi deyil, həm də mədəni-humanitar sahə­lərdə uğurla inkişaf etdi­yini deyən Vüqar Səfərli hazırkı şəraitdə iki ölkənin kütləvi infor­masiya vasitələri ara­sında da əməkdaşlığın genişləndirilməsi zərurətini önə çəkib. İcrası direktor Fondun təşkilatçılığı ilə Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin əmək­­­daşlarından ibarət 15 nəfərlik heyətin 2010-ci ildə Şimali Kipr Türk Cümhu­riyyyətinə səfər etdiyini xatırladıb, belə layihələrin gələcəkdə də davam etdiril­məsinə ehtiyac olduğunu deyib.

Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu Fondun türkdilli ölkələrin media qurumları arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsindəki səylərini yüksək dəyər­lən­dirib. O, Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri arasında əməkdaşlığın hər iki ölkə üçün faydalı olduğunu vurğulayıb.
Görüşün sonunda hər iki ölkənin jurnalistlərindən ibarət nümayəndə heyətinin qarşılıqlı səfərlərinin təşkili ilə bağlı razılıq əldə olunub.  

Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi