Modern.az

“Məşhur “Nizami” kinoteatrı: Keçmişdə və İndi” – FOTOLAYİHƏ

“Məşhur “Nizami” kinoteatrı: Keçmişdə və İndi” – FOTOLAYİHƏ

3 Fevral 2020, 15:11

İldən-ilə sovet Bakısı ilə müasir Bakı arasında fərqlər daha çox gözə çarpır.

Son 20 ildə Bakıda geniş vüsət almış tikinti bumu kinoteatrlardan da yan keçməmişdi. “Sevinc”, “Xəzər”, “Qələbə”, “Sülh”, “Vətən”, “Dostluq”, “Moskva” kimi kinoteatrlar yeni dövrün şərtlərinə uyğunlaşa bilməyərək tarixin bir parçasına çevrilsə də, Nizami Kinoteatrı bu gün də tamaşaçıları öz kinozallarında qəbul edir.

 

Forma dəyişikliyinə uğrasa da, Nizami kinoteatrı tarixlə müasirlik arasında ortaq məxrəc tapmağın mümkünlüyünü gösatərən abidə kimi diqqət çəkir.

 

1934-cü ildə yaradılan kinoteatr 2011-ci ildə əsaslı şəkildə təmir edildi. Köhnə Bakının ruhunu özündə yaşadan kinomərkəz yeni dövrün tələblərinə uyğunlaşmağa məcbur oldu. İndi burada kinozallardan əlavə, ticarət köşkü, kafe-klub, restoranla rastlaşa bilərsiz. Restoranın tavanı isə ilin fəsillərinə uyğun olaraq mexaniki üsulla açılır və örtülür.

 

Modern.az “Bakı: Keçmişdə və İndi” adlı yeni fotolayihəyə başlayır. Fotolayihənin ilk “qəhrəmanı” məhz “Nizami” kinoteatrı olacaq.

 

 

Nəzrin ABDUL

İsmət PAŞA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi